Ads 468x60px

Bəyəndiklərim

ARXİV

Dəstəkləyək

www.president.az

PR Specialist

Featured Posts

22.1.12

Yeni nəsil marketoloqlara olan tələblər


Media məkanı dəyişir və marketoloqlar da onunla bərabər dəyişir. Bu gün müvəffəqiyyətli olmaq üçün hətta iki il qabaq olduğundan daha çox biliyə malik olmaq lazımdır.  Və əlavə olaraq bazarı hiss etmək və nə isə yenilik tapmaq çox vacibdir. 
Əgər siz əvvəl hər hansı bir dar sahədə biliyə malik, məsələn direct, analitika yaxud PR, marketinq üzrə müvəffəqiyyətli mütəxəssis olmusuzsa, indiki zamanda bu yetərli deyil, deyə ABŞ universitetində media məktəbinin “İnteqrasiya edilmiş marketinq kommunikasiyaları” kafedrasının kafedra müdiri və dekan müavini Tom Kollincer (Tom Collinger) qeyd edir.
Sabahkı günün marketoloqları geniş bilik sahibləri olmalıdırlar: yeni texnologiyaların yaranması ilə ayaqlaşmaq o qədər də asan deyil, yeni vasitələr daim yaranır və hər ehtimala qarşı onları yadda saxlamaq lazımdır. Ən mürəkkəb məsələlər ehtiyatların bölüşdürülməsi və maliyyənin idarə edilməsidir. Marketoloqlar bu biznes-proseslərin necə işləməsini də başa düşməlidirlər.

18.1.12

Azercelldən Viral Marketinq taktikası

İnternetdə Azercell yeni 3G Max viral reklamı peyda olubdur.
Reklamda rəqib operatorlara  açıq- aşkar "sataşıblar".



15.1.12

Londonda Marketinq, Reklam və PR kursları


Təklifə aşağıdakılar daxildir.
  • 4 həftə Marketing, Advertising, PR və İngilis dili tədrisi
  • Həftə içi günləri hər gün 6 dərs (həftədə 30 dərs saatı)
  • Müvafiq dərs ləvazimatları və materiallardan istifadə
  • İngilis ailəsinin yanında bir nəfərlik ensuite şəraitli otaqda yaşayış
  • Gün ərzində səhər/axşam yeməkləri. Həftə sonu + günorta (ailə tərəfindən)
  • Proqram müddətində ailədə internetdən istifadə (Kompüter təqdim olunmur)
  • Bakı–London–Bakı avia bilet (gediş/dönüş), AZAL vəya British Airways Hava limanında qarşılanmaı və yola salma

22.12.11

Ofis icarəsi üçün ən optimal variant axtarışında


Bakı şəhərindəki çoxsaylı biznes mərkəzlərində öz zövqünə və imkanına uyğun ofis sahəsi seçmək yerli biznesmenə o qədər də asan başa gəlmir: hər bir ofis mərkəzi özünəməxsus infrastruktur, funksional və sırf estetik xüsusiyyətinə malikdir.

Müxtəlif səviyyəli biznes mərkəzi üçün əsas meyarlar nədən ibarətdir? Optimal təklif seçərkən nəyə diqqət yetirmək lazımdır? Bakı şəhərində “ofis kvadratının” icarəsi neçəyə başa gəlir?