ABŞ GUAM-ın interaktiv internet resursunun yaradılması üçün 700 min dollar ayıracaq

ABŞ GUAM-ın interaktiv internet resursunun yaradılması üçün 700 min dollar vəsait ayıracaq. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi Bakıda keçirilən və GUAM-ın inkişaf strategiyasına həsr olunmuş konfransda çıxışında deyib.

O, ABŞ-ın uzun müddətdir GUAM-la əməkdaşlıq etdiyini, təşkilatın yaxşı perspektivlərə malik olduğunu bildirib. Səfir qurumun avroatlantik məkana inteqrasiyasının və GUAM daxilindəki “dondurulmuş münaqişələr”in sülh yolu ilə həllinin vacibliyini də vurğulayıb. 

rabita.az