America.com – 1milyon dollara satışa çıxarıldı

Satışa çıxarılmış America.com domeni ən bahalı domenlər siyahısına başçılıq edə bilər – domenin sahibləri ona başlanğıc qiymət olaraq 1 milyon dollar təyin ediblər. Domen Sedo.com hərracında satılması planlaşdırılır.

Donem mayın 22-dən 29-dək satışda olacaq. Domen satışı üzrə hərrac təşkilatçıları, bütün dünyada potensial alıcıların və səhmdarların ona olan xüsusi marağın olmasını qeyd ediblər.

Bu gün, Sedo vasitəsilə satılan ən bahalı domenlərin siyahısına Sex.com ($12.5m) və IRS.com ($12.5m) başçılıq edirlər. Onların ardınca, kiçik fərqlə Fund.com ($9.9m), Porn.com ($9.5m), Diamond.com ($7.5m) və Pizza.com ($2.6m) domenləri yerləşiblər.