Marketinqdə istehlakçı problemləri

Marketinqdə istehlakçı problemləri 

  İstehlakçılar, yəni bizlər davamlı olaraq dəyişirik, inkişaf edirik. Bu dəyişikliyə trendlər, texnologiya, fikirlər, təcrübələr, təhsil, şüur, siyasət, ətraf mühit, əlaqə, qarşılıqlı təsir, rəqabət və daha minlərlə funksiya səbəb olur. İstehlakçılar yeniləndikcə, onlara təsir göstərmək üçün mübarizə aparan marketinq də fasiləsiz dəyişir, inkişaf edir, yenilənir.

  Bu gün marketinqdə istehlakçıların yenilənməsinin nəticəsi olaraq ortaya çıxan problemlər, bütün marketinqin yenidən müzakirə olunmasını zəruriləşdirir. Bu problemlər isə çox böyükdür: 
 
İstehlakçıların qısa zamanda bütün problemlərinin həll olunması

  Marketinqin başlıca məqsədi, illərdir istehlakçıların ehtiyaclarını ödəmək üzərində qurulub. Bu ehtiyacı dərk edən, buna uyğun mal və xidmət göstərən şirkətlər indiyədək böyük uğur əldə ediblər. Problem isə budur ki, artıq istehlakçıların satın alma davranışlarına təsir göstərən ehtiyaclar deyil, istəklərdir. Dərhal hər istehlakçının bəsit ehtiyacları ödənilir; hər birimizin geyim ehtiyacını ödəyəcək qədər geyimi, ünsiyyət ehtiyacını ödəyəcək- hətta sadəcə bununla kifayətlənməyib şəkil çəkmə, e-mail göndərmə, internetə bağlanma kimi funksiyaları özündə birləşdirən ən azı bir ədəd mobil telefon var. Artıq problemlərimiz bu qədər sadə deyil. Daha çox mürəkkəb və həll edilməsi də bir o qədər qəliz olan problemlərdir.

 Artıq məhsul və xidmətlərlə maraqlanmayan istehlakçılar qazanmaq:

  Təqdim olunan məhsulların alternativlərinin çox olması, bu məhsulların təqdimatı ilə bağlı inanılmaz bir bolluq, hətta çirkinlik yaratdı. Bu çoxluq içərisində, şirkətlərin təqdim etdikləri məhsul və xidmətləri tanıtmaq məqsədilə istifadə etdikləri kurslar, istehlakçılar tərəfindən laqeyd qarşılandı. Marketinqin ən böyük silahlarından biri olan kütləvi informasiya vasitələri laqeyd olmağa başlayıb. Hər birimiz televiziyada minlərlə dollar xərclənərək yayımlanan reklamları seyr etmir, qəzet və jurnallardakı elan səhifələrini bir anlıq ötürürük, hər gün yolumuzun üzərində olan afişaların nə olduğuna belə diqqət yetirmirik. Kütləvi informasiya vasitələri ilə əldə oluna bilməyən istehlakçılara marketoloqlar alternativ olaraq icazəli medianı təcrübədən keçirdilər, ancaq yenə də uğur əldə edə bilmədilər. Hər gün hər birimiz minlərcə təklifi özündə birləşdirən e-mail-lər alırıq, ancaq onları heç oxumadan belə silirik. Mobil telefonumuza SMS yolu ilə gələn təkliflər də bizi heç maraqlandırmır, hərəkətə gətirmir.

Məmnun qalsa belə, məhsul və xidmətlər haqqında məlumat verməyən istehlakçılar

  Hər hansı bir məhsul və ya xidmətin təqdimatında ən effektli metod, tanıdığımız, bildiyimiz, inandığımız və ya etibar etdiyimiz insanların istifadə etdikləri məhsul haqqında təcrübələridir. Yüksək qiymətləndirilən bu təcrübələr, satın alma qərarlarına təsir göstərə bilər. Bu mexanizmin işləyə bilməsi üçün isə, məhsul və ya xidmət ilə bağlı təcrübələrin paylaşılması lazımdır. Problem ondadır ki, artıq təqdimatlardan çox məmnun qalan müştərilər də bu təcrübələrini ətrafında olanlarla paylaşmırlar. 

Yəni, müştərilərini məmnun edə bilmək üçün sistemlər quran, pul və zaman xərcləyən şirkətlər, uğur qazansalar belə, bu uğurlarını yaya bilmirlər.

  Budur, bütün bu problemlər, marketoloqların yeni trendlər, yeni strategiyalar inkişaf etdirməsinə zəmin yaradır. Bu problemlərin həlli məqsədi ilə inkişaf etdirilən yeniliklər, gərgin texnologiya və internet istifadəsi ilə dəstəkləndiyi zaman, artıq bütün dünyada istifadə olunmaqda olan bir mərhələ meydana çıxır: Yeni Marketinq

Marketinq