3G uğursuzluq gətirdi

iPhone 3G smartfonunun təqdimatından sonra Apple şirkətinin səhmlərinin qiyməti Nasdaq birjasında 5,3% enib. Bu, səhmlərin qiymətinin 2008-ci ilin fevral ayından ən yüksək enməsi halıdır


Qeyd edək ki, yeni smartfonun daha az həcmli, yəni 8-qiqabaytlıq modeli dünyanın 70 ölkəsində 199 ABŞ dollarına satılacaq.

Bildirilir ki, səhmlərin qiymətinin enməsinə səbəb, Apple-ın, mobil operatorları tərəfindən üçüncü nəsil şəbəkələr üçün nəzərdə tutulmuş iPhone-nun istifadəsinə görə bu şirkətə heç bir ödənişin artıq ehtiyac olmamasına dair bəyanatı olub.

Cari ilin iyun ayının 11-də yeni telefon dünyanın 22 ölkəsində satışa çıxarılacaq. İlin sonuna isə iPhone 3G-in dünyanın 70 ölkəsində satılacağı gözlənilir.

Microsoft mobil telefon buraxmaq niyyətində deyil

Daim gəzən şayiələrə baxmayaraq Microsoft şirkətinin, Zune brendi altında mobil telefonun işlənib hazırlanması və satışa çıxarılmasına dair planları yoxdur. Bu barədə şirkətin əyləncə məhsulları bölməsinin prezidenti Robbi Bax bəyan edib. O qeyd edib ki, hazırda şirkət Windows Mobile əməliyyat sisteminin tamamlanması üzərində çalışır və kommunikator, eləcədə mobil telefon bazarına çıxmaq niyyətində deyil.

«Telefonu hamı üçün eyni dərəcədə yaxşı düzəltmək mümkün deyil – müxtəlif insanlar müxtəlif zövqlərə malikdir. Lakin hamı üçün eyni dərəcədə keyfiyyətli mobil əməliyyat sistemi yaratmaq real məsələdir», - deyə Microsoft-un nümayəndəsi bildirib. R.Baxın fikrincə, gələcəkdə yalnız bütün multimedia funksiyalarından (naviqasiya, musiqi, video, elektron poçt, fotoşəkillər, mətn) istifadə etmək imkanına malik smartfonların satış səviyyəsi yüksək olacaq.