ABŞ-ın ən etibarlı şirkəti


Forbes jurnalı biznesdə ən hörmətli ada malik şirkətlərin siyahısını dərc edib. Bu siyahıya Google şirkəti başçılıq edir. 

1998-ci ildə Stenford universitetinin tələbələri Lari Peyc və Serqey Brin tərəfindən təsis olunmuş bu şirkət artıq 2004-cü ildə 23 milyard ABŞ dolları bazar qiymətinə çatıb. Şirkətin gəlirlərinin böyük hissəsi internet-reklam, kiçik hissəsi isə proqram məhsullarının satışının payına düşür. Daha çox hörmət qazanmış şirkətlər siyahısının ilk beşliyinə, həmçinin, Johnson&Johnson şirkəti, ABŞ-ın ən iri qida məhsulları və içkiləri şirkətləri olan Kraft Foods və General Mills, eləcədə Walt Disney şirkəti daxil olublar. 

Qeyd edək ki, dünyanın 27 ölkəsində aparılan araşdırmalar zamanı, məhsula olan etibar səviyyəsi, şirkətdə çalışmaq istəyi və bu şirkəti biznes-partnyorlar üçün tövsiyə etməyə hazır olmaq kimi amillər əsas götürülüb.