ATATexnologiyadan AU üçün sayt

“AtaTexnologiya” MMC tərəfindən Azərbaycan Universitetinin yeni web-saytı www.au.edu.az hazırlandı. Layihə PHP proqramlaşdırma dili ilə yerinə yetirilmişdir.


Həmçinin, saytın idarə oluna bilməsi üçün xüsusi proqram təminatı hazırlanmışdır. Qeyd edək ki, mayın 24-də “Excelsior Hotel Baku” hotelində Azərbaycan Universitetinin yeni internet saytı, 2007-2015-ci illər üçün müfəssəl strateji inkişaf planı və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tətbiqinə icazə verilmiş Biznes İdarəçiliyi üzrə bakalavr proqramlarının təqdimat mərasimi keçirilmişdir.

Azərbaycan Universitetinin yeni web-saytında ali məktəbin tarixi, strateji inkişaf istiqamətləri, fakültələri, ixtisasları, idarəçilik strukturu, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verilir. Saytın dizayn və strukturu onun fəaliyyəti, fakültələri, statistika və hesabatları barəsində məlumatları münasib şəkildə təqdim edir.

Azərbaycan Universitetinin yeni web-saytında ali məktəbin tarixi, strateji inkişaf istiqamətləri, fakültələri, ixtisasları, idarəçilik strukturu, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verilir. Biznes İdarəçiliyi üzrə bakalavr BBA və MBA proqramları isə ABŞ-ın Corciya Dövlət Universitetinin M.Robinson Biznes Kolleci və Gürcüstanın Qafqaz Universiteti ilə birgə tətbiq ediləcəkdir. Bu proqramlar 3 universitet arasında son zamanlar inkişaf edən əlaqələr nəticəsində yaradılmışdı.