Avro 2008-də hər bir oyunun dəyəri 42 milyondur


1990-cı ildən futbol oyunlarına təşkilatçılıq edən MasterCard, dünyaca məhşur hakim Collinanın dəstəyi ilə keçirilən mətbuat konfransında UEFA Çempiyonlar Ligası ve EURO 2008 dən müxtəlif misallar gətirilməklə futbolun iqtisadi həyatda oynadığı roldan danışıldı.

Bu il Türkiyənin də iştirak hüququ qazandığı UEFA EURO 2008-də hər bir oyunun təqribən 42 milyon Euro qazanc gətirəcəyinə diqqət çəkən təhlilçilər , UEFA Çempiyonlar Ligası nın qalibi United komandasının 108 Milyon Euro-dan çox gəlir əldə etdiyini də bildirdilər. Məğlub olan komandasının isə 38 milyon Euro qazanc əldə etdiyi bildirildi.