Azercell keyfiyyətli, Bakcell sərfəli, Nar Mobile..?


International Research Group Business Insight (BI) Beynəlxalq tədqiqat mərkəzi Bakı şəhərinin əhalisi arasında ölkənin mobil rabitə operatorlarının fəaliyyətinə dair sorğu keçirib. 352 nəfərin iştirak etdiyi sorğunun nəticələri üzrə qeydə alınıb ki, respondentlərin əksəriyyəti, yəni 74%-i Azərbaycanda ən keyfiyyətli xidmətlərin, ölkənin aparıcı mobil rabitə operatoru Azercell Telecom tərəfindən təqdim olunmasını hesab edirlər.

Sorğu iştirakçılarının 11%-i Bakcell, 3%-i isə Nar Mobile operatorlarını seçiblər.

Bununla yanaşı respondentlərin 42% Bakcell şirkətinin xidmətlərinin ən ucuz və sərfəli şərtlərlə təqdim olunmasını qeyd ediblər.

BI-də bildiriblər ki, «keyfiyyətli xidmətlərin təqdim olunmasına görə birinci olan Azercell, «əlverişlilik» renkinqi üzrə Bakcell-dən sonra yer alıb və sorğu iştirakçılarının 26,3%-nin dəstəyini qazanıb. Öz növbəsində Nar Mobile brendi bu meyar üzrə də 12,5%-la üçüncü pillədə yer alıb».

3 şərh

Write şərh
5/6/08 17:03 delete

Əvvəla mənim qardaşım yığışdlr da bu Word Verification"u.

Bir də ki Azərcell hara Bakcell hara. 352 nəfərlik araşdırmayla deyil ki ;)

Reply
avatar
makla
AUTHOR
6/6/08 09:19 delete

onu yığışdırıe yığışdırmağa prosto spamlar başlayırlar yazmağa.. :(

Reply
avatar
6/6/08 11:14 delete

Spamlar 2-3cü siləndən sonra buxarlanır narahat olma. Kef elə :)

Reply
avatar