Azərbaycan Google'dan daha güclü axtarış sistemi yaradacaq


Bu barədə açıqlama verən nazir Əli Abbasov layihənin məbləği barədə məlumat verməyib


İki il ərzində Azərbaycanda güclü regional axtarış sistemi yaradılacaq. Bu haqda Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov bazar ertəsi ikinci beynəlxaq «Sənaye əlavələrinin nazarəti və optimallaşdırılması» konfransında bildirib.
«Biz üç əsas komponeni - istifadəçi təlabatı, sahənin informasiya modeli və informasiya vəsaiti - əsasında vahid sistemin yaradılmasını təklif edirik», - deyə nazir bildirib.

Abbasovun sözlərinə görə, istifadəçi təlabatı və informasiya vəsaiti arasında olan böyük səddin mövcudluğu günün əsas problemdir. «Bir çox hallarda istifadəçilər lazımi informasiyanı necə tələb etməli və necə almalı olduqlarını bilmirlər», - deyə o qeyd edib. Nazir layihənin müddəti və dəyəri barədə dəqiq məlumat verməyib.

Axtarış sistemi - veb-sayt - İnternetdə informasiya axtarış imkanlarını təqdim edir. Relevantlıq, baza dolğunluğu, dilin morfologiyasını nəzərə almaq, axtarış maşınının iş keyfiyətinin başlıca meyarlarıdır. «Net Applications» şirkətinin verdiyi məlumatlara əsasən, 2007-ci ilin dekabrnda dünyada

«Google»-nin bazar payı 77.04 faiz,
«Yahoo» • 12.46 faiz
«MSN» • 3.33 faiz
«Microsoft Live Search» • 2.57 faiz
«AOL» • 2.12 faiz
«Ask» • 1.38 faiz
«AltaVista» • 0.13 faiz
«Excite» • 0.07 faiz
«Lycos» • 0.02 faiz
«All the Web» • 0.02 faiz
təşkil edib.

«comScore» analitik şirkətinin məlumatlarına əsasən, 2007-ci ilin dekabrnda bütün axtarış saytları 66 mlrd. 221 mln. axtarış təlabatı işləyib. Trend

3 şərh

Write şərh
qwerty
AUTHOR
4/6/08 11:00 delete

Bu xeberden sonra mence Larry Page ve Sergey Brin oz cv-lerini bizim hemin axtarish sistemi ile meshgul olacaq idareye gonderseler pis olmaz :D
Mence yene de tullanmamish HOP demekden bashqa bir shey deyil. :(

Reply
avatar
makla
AUTHOR
4/6/08 11:04 delete

Niyə zənnimcə yaxşı bir büdcəylə işə başlansa Quqli-muqli biznən rəqabət edə bilməz. :)

Reply
avatar
Casp
AUTHOR
4/6/08 21:40 delete

yaxşı lətifə idi =))

Reply
avatar