Azərbaycana milyon dollarlıq yaxta gətirilib


Yaponiyanın «Yamaha», Fransanın «Beneteau» və Böyük Britaniyanın «Princess» şirkətlərinin Azərbaycandakı rəsmi distribütoru olan «Improtex Marine&Sport Facilities» şirkəti ölkənin su nəqliyyatı vasitələri bazarına qiyməti 1 mln. ABŞ dollarından artıq olan yaxta çıxarıb.
«Improtex Marine&Sport Facilities»in Bakıdakı baş ofisindən verilən məlumata görə, bu, Britaniya istehsalı olan «Princess 42» yaxtasıdır.
Şirkətdən bildirilib ki, yaxtanın qiyməti 650 min funt sterlinq (1,274 mln. dollar) təşkil edir. Müştərilər əlavə vəsait ödəməklə yaxtadakı mebel üçün xüsusi ağac növünü və dəri örtüyünü, ayrı-ayrı detallar sifariş verə bilər. «Princess 42» yaxtasının uzunluğu 13,48 metr təşkil edir.

Qeyd edək ki, 2007-ci ilin yanvarın 1-dən Azərbaycana idxal olunan idman gəmiləri və yaxtalara aksiz vergisi hesablanır. APA