bu saytlara daxil olmayın!


Dünyanın qabaqda gələn təhlükəsizlik firmalarından McAfee tərəfindən edilən araşdırmaya görə, internetdə "surf" etmək istəyənlər üçün Hong Konga aid və ".hk" ilə bitən saytlar "ən təhlükəli saytlar" olaraq təyin olundu.
 
Araşdırmaya görə ".hk" ilə bitən bütün saytların yüzdə 19,15i "istifadəçilər üçün risk faktoru" daşıyır. Çinə aid ".cn" ilə bitən saytların isə yüzdə 11,76-sıı istifadəçilərin fərdi məlumatlarına ya da kompüterlərinə zərər verə biləcək xüsusiyyətdədir.
 
Çini yüzdə 7,72 ilə Filipin izləyir. Finlandiyənin ".fi" ilə bitən saytları yüzdə 0,05 ilə "ən etibarlı" sahə olarkən onu yüzdə 0,13 nisbət ilə ".jp" ilə bitən Yaponiyaya aid saytlar izləyir. Yaponiyanın ardından 0,15 nisbətlə Norveç gəlir.
 
McAfee, inkişaf etdirdiyi "SiteAdvisor" texnologiyası ilə 265 ölkədən müxtəlif uzadılmalara sahib təxminən 10 milyon ədəd sıx trafikə sahib saytı araşdırır.
 
Araşdırmada saytların "adware", "spyware", "virus", "spam", "pop-ups" (avtomatik açılan səhifələr), skaner səhvlərini istifadə etmə ya da digər təhlükəli olaraq xarakterizə edilən saytlara istiqamətləndirilməsini dərəcələndirilir.
 

McAfeenin araşdırmasına görə keçdiyimiz il cib telefonu melodiyası, ekran qoruyucu kimi ödənişsiz proqram verən saytların böyük hissəsində, proqramların içərisinə gizlənmiş müxtəlif "trojan atları" və viruslar təsbit edildi.