Dünyanın ən zəhmətkeş milyarderi


ABŞ-ın "Microsoft" korporasiyasının baş direktoru Stiv Balmer dünyada ən zəhmətkeş və qeyri-adi milyarderdir.
Dünyanın zəhmətkeş milyarderlərinin reytinqini tərtib etmiş "The Forbes" jurnalı bu fikirdədir.

80 mindən artıq əməkdaşı olan korporasiyaya rəhbərlik edən Balmerin çalışdığı "Microsoft"un gəliri $51 milyarddan artıqdır.

"Forbes"in ənənəvi "Dünyanın ən varlı adamları" reytinqində 43-cü yeri tutan Balmerin sərvəti $15 milyardı keçib.

O "Google"nin lider mövqe tutduğu İnternet axtarışı və reklamı bazarında "Microsoft"un mövqelərini gücləndirmək üçün "Yahoo!" axtarış portalını satın almağa çalışır, yeni "Microsoft Windows Vista" əməliyyat sistemin populyarlaşması istiqamətində işləri intensivləşdirir.
Bütün bunlara rəğmən, Balmer gördüyü işlərə görə populyar olmayıb. O, çıxış edərkən davranışıına görə "meymun oğlan" (monkey boy) ləqəbi ilə tanınır.
Belə ki, Stiv Balmer dünyanın ən məşhur milyarderləri və baş direktorları arasında yeganə adamdır ki, çıxış edəndə səhnədə o tərəf-bu tərəfə yüyürür, ayaqlarını yerə döyür, barırır, yerində oynayır, ya da əl çalaraq proqram barədə rep deyir.
Balmerin "Microsoft" barədə atəşin nitqlərinin dünyada milyonlarla fanatı var.

Dünyanın ən zəhmətkeş milyarderlərini seçərkən "Forbes" 1125 namizədi nəzərdən keçirib. Lakin onların hamısı emosionallıq və zəhmətkeşlik baxımından Balmerdən xeyli geri qalıblar.

Ekspress

1 şərh:

Write şərh
vika
AUTHOR
6/6/08 12:25 delete This comment has been removed by a blog administrator.
avatar