domenlərin sayı 6% artıb


Bu gün Verisign şirkəti 2008-ci ilin birinci rübündə domen sənayesinin inkişafına dair hesabat dərc etdirib. Şirkətin məlumatlarına əsasən, cari ilin ilk üç ayı ərzində qlobal şəbəkədə qeydiyyatdan keçmiş domenlərin sayı 6% artaraq 162 mln. ad təşkil edib.

Ümumiyyətlə il ərzində qeydiyyatların sayı 26% artıb. 73 mln domenin qeydiyyatdan keçdiyi .com zonası şəbəkənin ənənəvi lideri olaraq qalır. 


İkinci pillədə təxminən 15 mln. domenlə .net zonası və 11,5 mln. domenlə almaniyanın .de zonası yer alıb. Dördüncü, beşinci və altıncı yerləri .uk (Böyük Britaniya), .cn (Çin) və .org (beynəlxalq) zonaları tutublar.

Verisign qeyd edir ki, qeyd olunan vaxt ərzində 14 mln. tam yeni domen qeydiyyatdan keçib ki, buda ötən ilin həmin dövrü ilə müqayisədə 17% çoxdur.

63 mln. qeydiyyatdan keçmiş adlar bu və ya digər coğrafi domenlərə məxsusdur.