Geytsiz Microsoft – təsəvvür etmək çətindir



Cnews-un yazdığına görə Microsoft korporasiyası Bill Geytsin adı ilə, şirkətin mövcudluğunun onsuz təsəvvür etməkdə çətinlik çəkəcək qədər assosiasiyalaşır. Onun 1975-cil ildə təsis olunan anından, Bill Geyts şirkətin ayrılmaz hissəsi, mənəvi lideri və ən nüfuzlu əməkdaşına çevrilmişdir. Ömrünün 20 ilini redmond korporasiyası ətrafındakı cərəyan edən hadisələri işıqlandırmağa həsr etmiş, tanınmış jurnalist Meri Jo Fuli, şirkətin gələcək mövcudluğu haqda suala cavab olaraq, «Microsoft 2.0: How Microsoft Plans to Stay Relevant in the Post-Gates Era» adlı kitabının 285 səhifəsini həsr edib. 

Yazarın sözlərinə görə, Microsoft rəhbərinin gedişindən sonra korporasiya müəyyən müddətə inkişaf vektorunu itirəcək. Yerdə qalan liderlərin düşüncə tərzi geri qalır və onlar idarəçiliyin köhnə üsullarından istifadə edirlər. Jo Fuli yazır ki, Geyts getdikdən sonra, rəhbərlikdə xeyli MBA məzunları olmaqla, şirkətin fəaliyyəti növbəti on illikdə uğurlu olmayacaq. “Əgər Microsoft 10 və ya 20 il bundan öncəki kimi, başda amansız və ehtiyatlı Geytslə qalsa, onda mən korporasiyanın növbəti on illiklərdə uğurlu fəaliyyətindən şübhə etmirəm. ” Meri Jo Fulinin fikrincə, Microsoft planetin ən zəkalı insanlarını axtarmalıdır. 

Həmçinin internetin belə yüksək inkişafı zamanında Microsoft-un özünü necə aparacağı sualı da açıq olaraq qalır. Korporativ bazar uğrunda mübarizədə Microsofta ciddi təhlükə yaradan Google şirkəti bu yaxınlarda ancaq online-reklamdan korporasiyanın əldə etdiyi gəlirin tam yarısını gazanıb. Son zamanlar koprorasiya rəhbərliyi biznes-modeldən uzaqlaşaraq, Microsoft-u internet-şirkətə transformasiya etmək niyyətindədir. 

Xatırladaq ki, 33 il bundan öncə Micro-Soft proqram təminatı yazan elə də böyük olmayan firmadan, illik gəliri 10 milyardlarla dollar təşkil edən, dünyanın ən nəhəng şirkətlərindən birinə çevrilmişdir. 2007-ci ildə, Fortune jurnalının versiyasına əsasən, Microsoft ildə 44 milyard dollar əldə etməklə, dünyanın 500 ən böyük korporasiyaları siyahısında 139-cu yer tutmuşdur. Qeyd edək ki, 44 milyardın 13 milyardı təmiz gəlir təşkil edib. Microsoft korporasiyası tərəfindən yazılan Windows əməliyyat sistemi bu gün dünyada 10 kompüterdən doqquzunu təchiz edir.