Günahım, blogum və 6 iyun!

Günah özümdədir axı, denən nə edirsən blogspotu-zadı get host al qurda blogunu, sonrada belə zəhlətökən mənasız heç kimin baş çıxarabilmədiyi sırf pulsuz xidmətlərə xas problemlərin olmasın.

Operada, firefoxda neçə gündür məndə nomral işləmir IEdən heç danışmağa dəyməz onu ümumiyyətlə işlətmirəm.

Bilmirəm problem blogumdadır yoxsa kompda amma nəsə nomral işləmir ola bislinki yeni tempdir başıma bəla. Amma əvvəlki dizayna keçmək istəmirəm bunu çox bəyənirəm.

Bundan başqa Mak.az forumada normal daxil ola bilmirəm nəsə error verir, amma heç daxil olmasam yaxşıdır bu aralar nəsə orda havalar ağır keçir. Yəqin ki, bu haqda 6 iyuldakı görüşdə danışmağa kifayət qədər vaxtımız olacaqdır.

Özünüzdən muğayat olun. :)