İnternetdə milyonerlər üçün sosial şəbəkələr yaranır


Amerika jurnalı "Forbes"un yaydığı məlumata görə milyonerlər üçün sosial şəbəkələr getdikcə daha da populyarlaşırlar. Varlılar her şeyə burnunu soxaraq onları boğaza yığan adi insanlardan qaçaraq, iternetdə yalnız öz aralarında ünsiyyət qurmaq istəyirlər. Ən çox ziyarətçisi olan Milyonerlər üçün sosial şəbəkə - Asmallworld.net saytıdır.


Bu sayta yalnız digər istifadəçinin xüsusi dəvətiylə düşmək olar. Forumda Tailandda yaxşı hüquqşünası nece tapmaq və ya Monakoda otellerin qiymətləri kimi oxşar məsələlər müzakirə olunur.

Diamondlounge.com şəbəkəsinin isə cəmi 150 istifadəçisi var. Onlardan biri olmaq üçün yaşınız, təhsiliniz və vəzifənizi göstərməklə olduqca mürəkkəb qeydiyyat formasını doldurmaq gərkir. Əgər namizədliyinizi təsdiqləsələr hər ay 35$ ödəməli olacaqsınız. "Forbes" yazır ki, orta milyoner üç sosial şəbəkədə qeydiyyatdadır, onun dostlar siyahısında isə 110 nəfər var.