İŞ Planı (bölüm 1)

İlk dəfə ya da 20. dəfə yazmış olun, fərq etməz - təsirli bir iş planı meydana gətirmək üçün tətbiq etməyiniz lazım olan əsas 4 qayda var.

1. MƏQSƏDLƏRİNİZİ TƏYİN EDİN
İş planı yazmağın ilk addımı, hədəf kütlənizi və hədəf oxucularınızın iş planınız vasitəsilə şirkətiniz haqqında hansı məlumatları almağını istədiyinizi təyin etməkdir. Bu mərhələdə, iş planınızı çatdırmaq istədiyiniz kütlənin, şirkətiniz haqqında nələri bilməsi lazım olduğuna qərar verməlisiniz. Bu suala cavab verdikdən sonra, ikinci mərhələyə keçə bilərsiniz.

2. QARALAMA HAZIRLAYIN
İş planı meydana gətirməkdəki məqsədlərinizi təyin etdikdən sonra, iş planınızın qaralamasını hazırlamağa keçə bilərsiniz. Təyin etdiyiniz hədəflərə bağlı olaraq, vurğulamaq istədiyiniz nöqtələri ön plana çıxardarkən, digər mövzuları detallandırmadan keçin. Hazırladığınız qaralamanı nəzərdən keçirərək, lazımlı revizyonları edin. 

3. İŞ PLANININ YAZILMASI
İş planının yazmağa ümumiyyətlə, sektorunuza bağlı maliyyə məlumat və bazar məlumatlarının köçürülməsiylə başlanır. Bu məlumatları istifadə edərək, iş planınızın girişində əsas hipotezlərinizi və strategiyalarınızı ifadə edə bilərsiniz.
Təməl hipotezlərin ifadə olunmasından sonra, işlə əlaqədar maliyyə düşüncələrinizə sıra gəlir. Bu mərhələdə, hansı strategiyalar altında, ifadə etdiyiniz hədəflərin reallaşacağını ifadə etməniz lazımdır.
Son olaraq, əvvəlki səhifələrində ifadə etdiklərinizi, bir idarəçi xülasəsi formasında təkrarlamanız lazımdır. İdarəçi xülasəninin, iş planının ən sonunda yeralması, özündən əvvəlki hissələrdə izah edilənləri təkrarlamasından qaynaqlanar.

4. PLANI QİYMƏTLƏNDİRİN

Öz yazdığınız plana tənqidi bir gözlə baxa bilməniz çox çətindir.

iş planının hazırlanmasında KobiNetdən istifadə olunmuşdur.