Ən nazik noutbuk


Hewlett-Packard-a məxsus Voodoo şirkəti Envy 133 adlı ən nazik noutbuk istehsal edib. 


Yeni qurğunun korpusunun qalınlığı 1,8 santimetrdir. Qeyd edək ki, bundan əvvəl ən nazik 1,9 santimetr qalınlıqlı Lenovo ThinkPad X300 noutbuku hesab olunurdu. Apple MacBook Air noutbukunun korpusunun qalınlığı isə 1,94 santimetr təşkil edir.

Voodoo Envy 133-də 1,6 qiqahers takt tezlikli Intel Core 2 Duo SP7500 prosessoru quraşdırılıb.

Toplayıcı funksiyasını isə həm 64-qiqabayt həcmli SSD-toplayıcı, həm də 80-qiqabaytlıq sərt disk yerinə yetirə bilər. İki qiqabayt operativ yaddaş həcminə malik yeni noutbuk həmçinin Wi-Fi 802.11g/n və Bluetooth 2.0 modulları ilə təchiz olunub. 1,5 kiloqram çəkiyə malik bu portativ kompüterin ekran diaqonalı 13,3 düym təşkil edir.

Voodoo Envy 133 noutbukunun cari ilin yay ayları ərzində ABŞ-da 2099 dollar qiymətində satışa çıxarılacağı planlaşdırılıb.