Partizan xarakterli marketinqdə 10 Mif


Sahibkarlıqda uğura gedən yol, müdrik sözlər şəklində gizlənmiş minalarla doludur. Partizanlar isə həqiqətləri nağılllardan fərləndirə bilirlər. Əslində “Qrimm Qardaşları”, “Ezop” və “Ana Qaz” kimi kitabları saxladığınız yerə qaldırılması lazım gələn bir çox marketinq mifi mövcuddur. Bunları oxumaq əyləncəli ola bilər, lakin bu miflər, hər hansı bir marketinq kampaniyası baxımından mənfi nəticələr verə bilər. Bu miflərin sayı kifayət qədər olsa da, biz yalnız 10 mifə nəzər salacağıq. Hamısını yazsaq, böyük ehtimalla siz oxuduqlarınıza inanmayaraq güləcəksiniz. 


Mif: Reklamlarda, braşuralarda və digər çap materiallarında ağ sahənin çox olması daha yaxşıdır 

Həqiqət: Müştəri namizədləriniz, boş sahə ilə maraqlanmaq yerinə, yeni məlumatlar əldə etmək istəyərlər. Bir neçə boş sahəyə pul ödəyə biləcək gücdə olduğunuzu deyil, təqdim etdiyiniz xidmətin özlərinə hansı faydalar verəcəyini bilmək istəyərlər. Adətən, ağ sahələr, güclü fikirlərin, faydalar siyahısının və məhsuldar xəyal gücünün yerinə keçər. Diqqət, boşluqlarla çəkilməməlidir. Ağ sahə estetik baxımdan xoş olsa da, qazanc əldə etmək ondan da xoşdur.


Mif: Qısa mətn hazırlayın, çünki insanlar uzun mətnləri oxumazlar 

Həqiqət: İnsanlar, uzun kitabları, məqalələri və məktubları oxuyarlar. Əslində, onları maraqlandıran hər şeyi oxuyarlar və nə qədər çox diqqətlərini çəksəniz, o qədər də çox oxuyarlar. İnsanlara ehtiyaclarından daha artığını təqdim etsəniz, satın ala da bilərlər, almaya da. Daha azını versəniz, heç almamaq ehtimalları da ola bilər. Bu qədər sadədir. Araşdırmalar, marketinq vasitələrinin oxunaqlılığını, ilk 50 sözdən sonra ciddi şəkilə düşdüyünu, ancaq 50-500 söz arasında yüksək səviyyədə oxunaqlılıq qeyd edildiyini göstərir. Yəni, müştəri namizədləriniz səhifəni tələsik çevirəcək, potensial müştəriləriniz isə hər sözü dönə-dönə oxuyaraq mümkün qədər daha çox məlumat almağa çalışacaqlar.
 

Mif: Televiziyada vaxt almaq bahalıdır

 Həqiqət: Bu mif, bir vaxtlar doğru olsa da kabel və peyk TV-lər bu fikri ortadan qaldırdı. Hər hansı bir bazarda baxımlılığın ən yüksək olduğu saatlarda televiziya reklamı yayımının qiyməti, ABŞ-da 20 dollar və ya daha ucuz hətta çox vaxt 5 dollara qədər enir. Daha yaxşısı, kabel TV, reklamlarınızın yayımlanacağı kanalları seçməyinizi, beləcə yalnız müştəri namizədlərinizin yaşadıqları cəmiyyət üçün TV reklamı verməyinizi təmin edir. CNN, MTV, ESPN, və The Discovery Channel kimi, peyk vasitəsilə yayımlanan hər hansı bir kanalda reklam verə bilərsiniz. Kabel şirkətləri, spotunuzu təxminən ucuz qiymətə yayımlayacaq. 


Mif: Bifşteksi deyil, cızıltısını satın.

Həqiqət: Başlıca fikir, cızıltını deyil, resepti satmaqdır. Bir şeyi satmağın ən asan yolu, onu bir problemə həll olaraq dəyərləndirməkdir. Reseptin deyil cızıltının arxasınca gedirsinizsə, demək ki, səhv yoldasınız. Müştəri namizədləriniz cızıltını üstün tuta bilərlər, əslində isə reseptə pul vermiş sayılacaqlar. Vəzifəniz, problemi təsbit edib həll olaraq məhsul və ya xidmətinizi təqdim etməkdir. Həll variantlarını düşünsəniz, həlləri satar, cızıltını düşünsəniz elə cızıltını da satarsınız. Satış gücünü ən aşağı səviyyədə saxlayaraq problemdən həllə doğru asanlıqla irəlilədiyinizi görəcəksiniz.

 
Mif: Həqiqətən də böyük marketinq, dərhal effekt verir 

Həqiqət: Birinci sinif satış, dərhal effektini göstərir. Lakin böyük marketiq, satışdan və zamanında verilən təkliflərdən ibarət deyil. Bunlar, müştərilərin marağını çəksə də onlar sizə sadiq qalmazlar və ən aşağı qiymətə satana üz tutarlar. Böyük marketinq, təcrübəli müştərilərin zehinlərində məhsulunuza yönəlmiş bir istək yaratdıqdan sonra onu satış və zamanında verilən təkliflərlə bəzəyir. Qısa müddətdə sürətlə sıçrayış etmək çətin olduğu qədər də çox vaxt maraqla qarşılanmaz. Amerikadakı ən yaxşı marketinq kampaniyasının effektli olması çox zaman alıb. Bir çox məşhur kampaniyaların heç biri, birdən -birə təsir göstərməyib əksinə, effektini göstərməsi uzun illər çəkib, üstəlik hələ də təsirini davam etdirir.

 
Mif: Marketinq, ləzzət verməli və əyləndirməlidir

 Həqiqət: Şoular ləzzət verməli və əyləndirməldir. Amma marketinq, məhsulunuzu satmalıdır. Bu məhşur mif, insanların əyləndirən marketinq kampaniyalarını sevdiyini göstərən araşdırmalara əsaslanır. Sevərlər, amma əsla cavab verməzlər. Çox təəssüf ki, marketinq mühiti parıltılı və dəbdəbəli, fərasətli və azad, özəl effektli və çılğın işlərə mükafat verərək bu mifi bəsləyir. Əslində isə bu mükafatlar, mənfəət artımına verilməlidir. Parıldamalı olan tək şey, nəticələriniz olmalıdır. 

 

Mif: Marketinq kampaniyası, daim yeni qalması üçün mütəmadi dəyişdirilməlidir 

Həqiqət: Hər hansı bir marketinq kampaniyası, nə qədər uzun müddət bir məhsul və ya xidməti tanıdırsa, o qədər yaxşıdr. Partizanlar, işlərini 5 və ya 10 il, hətta daha uzun müddət yönləndirəcək marketinq planları hazırlayarlar. İnsanlar, “Allstate” ilə nə qədər müddətə sağlam əllərdə oldular? Bu marketoloqlar kampaniyanı yeni saxlamaq üçün davamlı dəyişdirsəydilər daha da uğurlu olacaqlarını düşünürsünüzmü? Mən elə düşünmürəm. 

 
Mif: Marketinq, xatırlanırsa uğurludur

Həqiqət: Marketinq, məhsul və ya xidmətinizi gəlirlə satdırırsa, uğurludur. 

Xatırlana bilməyin bununla bir əlaqəsi yoxdur. İnsanların marketinq kampaniyasını sevib və ya sevməmələrinin məsələ ilə heç bir əlaqəsi yoxdur. Araşdırmalar, marketinq şəklinin xatırlanması ilə məhsulunuzun satın alınması arasında heç bir əlaqə olmadığını göstərməyə davam edir. Mühim olan tək şey, insanların satın almağa motivasiyası olunub-olunmamağıdır. Elə isə, xatırlana bilməyi, arzulanan qədər hədəfləməyin, çünki gəlir gətirən ikincisidir. 

 
Mif: Pis reklam, heç reklamı olmamaqdam daha yaxşıdır

 Həqiqət: Pis reklam, iş baxımından arzuedilməzdir. Heç reklamı olmamaq, bundan daha yaxşıdır. İnsanlar dedi-qoduya çox meyllidirlər. Xüsusilə, çox pis bir şey etdiyi üçün ictimaiyyətlə əlaqə vasitələrinin gündəminə düşən şirkətlər haqqında daha çox dedi-qodu edilir. Partizanlar, reklamı sevərlər ancaq pis reklamdan uzaq durarlar, çünki bunun ildırımdan daha sürətli yayılacağını bilirlər. 


Mif: Əslində mühüm olan tək şey, dürüst şəkildə mənfəət qazanmaqdır

Həqiqət: Zövq sahibi olmaq və həssaslıq da vacibdir. İctimai rəyin bir parçası olan marketinq, təkamülün də bir parçasıdır. Tərbiyə edir, informasiya verir, elan edir və insanların davranışına təsir göstərir. Bu rollarından dolayı, heç kəsi incitməmək, zövqlü və ədəbli mesajlar çatdırmaq, dürüst olmaq və müştəriyə fayda vermək çətinlikləri var. Eyni zamanda bundan qazanc da əldə edilsə, demək bu, həqiqi mənada partizan xarakterli marketinqdir.

marketinq