qiymətlər ucuzlaşır


Paytaxdan uzaqlaşdıqca danışıq qiymətləri daha da ucuzlaşır!


Azərbaycanda ilk dəfə olaraq yerləşmə nöqtəsinə əsasən tarifikasiya sistemini bazarda təqdim etdi. Nar Mobile Məkanı adlanan tarif planı ölkənin bölgə sakinləri üçün hazırlanmışdır. 

Tarif planına əsasən abunəçilər yerləşdikləri regiondan asılı olaraq dəqiqə üçün cəmi 4 qəpikdən başlayan qiymətlər əldə edirlər. Bu tarif planı abunəçilərə heç bir abunə haqqı ödəmədən çox sərfəli qiymətlərdən yararlanmaq imkanını yaradır.

AZERFON şirkətinin baş direktoru Cənab Gido Helbix - "Nar Mobile Azərbaycanda yaşayan bütün insanların maraqlarını maksimum nəzərə almaqla bazar strategiyasını quran mobil operatordur. Biz abunəçilərimiz üçün ən sərfəli xidmətlərin təmin olunması məqsədilə çalışırıq. Misilsiz “Bonus Mövsümü” kampaniyasından əlavə biz Azərbaycanın ucqar rayon və kəndlərində bölgə sakinləri üçün mobil rabitədən istifadəni daha da rahatlaşdıracaq Nar Mobile Məkanı tarif planını təqdim edirik. Bu yenilik yay aylarında şəhərdən kənar istirahətə yollanan paytaxt sakinlərinin, eləcə də ölkə daxilində tez-tez səfərlərə çıxan abunəçilərin də ürəyincə olacaqdır."

Abunəçilər yerləşdikləri regiondan asılı olaraq mobil telefonun ekranında Mekan1,( Bakı və Abşeron yarımadası) , Mekan2 ( Ölkənin böyük şəhərləri və ətraf rayonlar) və ya Mekan3( ölkənin digər ərazisi-qəsəbələr, kəndlər) yazısını görə bilərlər. 

Mobil telefonun ekranında Mekan3 yazısı göründükdə Nar Mobile Məkanı tarif planının abunəçiləri paytaxdakından 3 dəfə ucuz qiymətlə danışacaqlar. Abunəçilər şəbəkədaxili zənglər üçün 4 qəpik, Azərbaycanın digər operatorlarına zənglər üçün cəmi 7 qəpik qiymətini əldə etmiş olacaqlar.

Mobil telefonun ekranında Mekan2 yazısı göründükdə Nar Mobile Məkanı tarif planının abunəçiləri paytaxdakından 2 dəfə ucuz qiymətlə danışacaqlar. Abunəçilər şəbəkədaxili zənglər üçün 6 qəpik, Azərbaycanın digər operatorlarına zənglər üçün cəmi 10.5 qəpik qiymətini əldə etmiş olacaqlar.

Nar Mobile Məkanı tarif planının abunəçiləri ölkədaxili rominqdə olan zaman zənglər Məkan2 tarif zonasına uyğun olaraq hesablanır. Ölkədaxili rominqdə tarifasiya zonası görsənməyəcəkdir.

Yeni Tarif Planına qoşulmaq üçün mobil telefonunuzda sadəcə aşağıdakı sorğunu yığmaq kifayətdir: *777#236#Yes

Tarif zonasının mobil telefonun ekranında görsənməsi üçün üçün mobil telefonunuzun təlimatlarına əsasən bildiriş mesajlarının qəbulunu ayarlamaq lazımdır. Əlavə məlumat www.NarMobile.az internet səhifəsinə və ya Nar Mobile Mərkəzlərinə müraciət etmək kifayətdir.