təbrikləyək


“Hər il olduğu kimi, bu il də 15 İyun - Azərbaycan xalqının Qurtuluş Günü bayram ediləcək. Bu bayramla bağlı müxtəlif tədbirlər nəzərdə tutulub”.

APA-nın məlumatına görə, bunu Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Şöbə müdiri bildirib ki, Bakı şəhərində, eləcə də rayonlarda, ayrı-ayrı elmi-təhsil müəssisələrində, dövlət strukturlarında Qurtuluş Günü münasibətilə müxtəlif konfranslar, toplantılar, simpoziumlar və digər tədbirlər keçiriləcək.