yeni avtolizinq xidmətləri


«Parex Leasing & Factoring» yeni avtolizinq xidmətləri təklif edir

Xidmətlərin avans ödəməsi avtomobilin dəyərinin 20 faizi səviyyəsində müəyyən edilib. Bu barədə şirkətdən məlumat veriblər. 

“Fəal surətdə minik avtomobillərinin alqısı üzrə xüsusi təkliflərin tətbiqi, cəlbedici maliyyələşdirmə şərtləri və rəsmi salonlar və aparıcı istehsalçıların Azərbaycandakı distribüterləri ilə sıx əməkdaşlıq «Parex Leasing & Factoring» lizinq şirkətinə bazarın bu seqmentində liderlərdən biri olmağa imkan verib”, - şirkətdən bildiriblər. 


«Parex Leasing & Factoring» “Fiziki şəxslər üçün minik avtomobillərinin lizinqi” məhsulunun şərtlərini dəyişdirib və bundan sonra istənilən vətəndaş ilkin olaraq avtomobilin dəyərinin 20 faizini ödəyərək zəruri avtonəqliyyat vasitəsini lizinqə ala bilər. Bu proqram çərçivəsində avtomobil üzrə lizinqin maksimal müddəti 60 ay, faiz dərəcəsi isə ildə 18 faiz təşkil edir. Layihənin şərtlərinə əsasən, 2004-cü ildən sonra buraxılan avtomobillər maliyyələşdirilir və onların dəyərinə limit qoyulmur. 

«Parex Leasing Factoring» 100 faiz Latviya kapitalına məxsus lizinq şirkətidir. Şirkət Azərbaycanda 2005-ci ilin martından fəaliyyət göstərir.