Əlimuxtargilin saytı, Zengimcell və Aznet

Azərbaycanda Azərbaycan dilində normal bir sayt yoxdur. Sayt varee. İdeya yoxdur, İDEYA! İstedadlı uşaqlar var, amma yönləndirən yoxdur.

Bax, adi bir misal: ABŞ-da 10 (lap elə olsun 2) istedadlı, "eynibaşlı" tələbə yığışır, ofis tutur, 10 kompyuter (və ya kompüter) alır (kompyuter almağa nə problem onlar üçün?), 2-3 ay (bəlkə də bir neçə il) ideyalarını qoyurlar ortaya, işləyib hazırlayırlar. Sonra da mediaplan, küçə reklamları və s. barədə fikirləşirlər və budur, 10 minlərlə istifadəçisi onlaynda olan sayt hazırdır. Həmin 10 nəfərin hərəsi gündə bir ideya verir (lap olsun ayda). Yenilənir, inkişaf edir və s.

Bizdə necədir: 2-3 nəfər gündəlik məişət problemləri olan və başqa bir işlə də məşğulluğu var olan gənc görüşür. Çayxanada fikirləşir ki, əlavə qazanc yeri nə ola bilər? Biri təklif edir ki, sayt!

Vsyo, Əlimuxtarın (həmin o 2-3 nəfərdən biri) Dreamweaverdə "Hello World"-i silib, əvəzinə "Salam, Dünya" yazmaq kimi fitri istedadı var. Fikirləşirlər ki, necə sayt aça bilərik? (Necə deyəndə ideya istəmir haa, soruşur ki, nəyə oxşar). Səfdər təklif edir ki: "Maklagilin saytı əladır, adam dolu olur (onlaynda 10-100 nəfərə deyir "əla"nı). Vəssalam, 2 gündən sonra Əlimuxtarın, Səfdərin, Qulamın ortaq saytı hazırdır - Maklanın saytından üstün cəhətləri də var ee, panel qırmızı yox, tünd qırmızı rəngdədir... Açılışı da qarajdakı internetklubda etdilər (saatı 40 qəpiklik ofis- özü də bir kompüterdə 3 nəfər işləyir - 3 İN 1 ). Yenilik sözünü də ancaq ZəngimCell əlavə olunanda görürsən saytlarında!

3 dost, 3 ürək, 3 yoldaşın uzaqgörən reklam siyasəti nəticəsində Maklanın saytının 6 istifadəçisini, KiSSHOT-un blogunun 7 oxucusunu çəkirlər öz saytlarına, bu da oldu mediaplan, reklam büdcəsi... 2 aydan sonra da eşidirsən ki, Səfdərin, Əlimuxtarın, Qulamın öz saytı var ayrıca. Ayrılıblar. ZəngimCelldən gələn qəpik-quruş üstündə ya davaları düşüb, ya da Əlimuxtar Dreamweaverdə ayrıca bir funksiya tapıb, hansı ki, tünd qırmızını da bordovıy edə bilər. Bu tapıntısı hesabına ayda əlavə olaraq 50 AZN artıq qazanacağını fikirləşib, istəmir ki, Qulamla Səfdər də durduğu yerdə bu tapıntıdan faydalansın...

Bax, qardaş, deməyim odur ki, bizdə sayt var bəyəm onun reklamı da olsun? Bir iki dənə var, onlar da... Birlik olmasa (Səfdər, Əlimuxtar və Qulam timsalı birlik), internetin qiyməti düşməsə (elə bil, kosmosdan kabellə çəkiblər Azərbaycana, naqilin də qiymətni gəliblər üstünə), kompütersatanlar kredit siyasətini edit etməsə (2 kompüter qiymətinə 1-in al, işdən kağız-kuğuz, jekdən arayış və s.) nə saytlar, nə də sayta girmək istəyənlər inkişaf edəcək.


Fuad

11 şərh

Write şərh
vika
AUTHOR
9/6/08 15:35 delete

aaa niye gormek istemeyek maraqli yazidi, Bizim cammatin butun taleyukliu meselelri ele caycilarda hell olur daa...hele saytda zengimcelle cemilenin urek agridan mahnilarini da goyacaqlar i vsee. Bu da oldu sayt

Reply
avatar
Anonymous
AUTHOR
9/6/08 20:24 delete

Makla, minnətdarlığımı qəbul et. İmza: Perezaqruzka.

Reply
avatar
9/6/08 20:47 delete

Bu göydən düşməyib səhv eləmirəmsə forumda vardı. Orda oxumağa səbrim çatmadı burada ləzzət elədi. Bu da forumla blogun fərqi.
Makla sənə təşəkkür, Perezaqruzkaya alqış...

Reply
avatar
Anonymous
AUTHOR
10/6/08 04:10 delete

Salam. chox xowuma geldi. ele bil ki gunun aktualliginin ichinden en gozel bir movzunu sechib yazib muellif. heqiqeten de chox gozel yanahsib mualleif bu movzuya yeni meaqelelerini oxumaq umidile helelik. imza: SALAMON

Reply
avatar
Rashad Aliyev
AUTHOR
25/7/08 03:20 delete

Düz deyir də qaqaş :)
Prosta bu cür sayt düzəldib pul qazanmaöın səbəblərindən biri odur ki, AzNet-də rahat pul qazanmaq üçün başqa variant yoxdur :)
Həm də ki bizimkilər uje öyrəniblər copy paste eləməyə.
day.az yarandı hamı xəbər portalı yaratdı, turbo.az yarandı hamı avtomobil saytı yaradır və s.

Amma ki onlar AzNet-də olan boşluqları görmürlər, Görənlərin də ki əlləri bağlıdır.

Reply
avatar
Turalfot
AUTHOR
18/9/08 15:51 delete

Ela yazidi, bugun Aznetde olan saytlarin hamsi eynidi - eylence, mp3, video, yukleme, roya, aygun, natavan. Ama ela yerler de var. Bir misal cekecem, amma reklam kimi qebul etmeyin - vebzin.com - bunun ilk sehifesi oullu domendi, qalani blogdu. Alternativ dusunce. Az-ya ve usta adinda usaqlar duzeldib. Bax men ideya buna deyerem

Reply
avatar
18/9/08 19:21 delete

Əlmuxtar amma qıza oxşayır haa, öz aramızdır! :)))

Reply
avatar
makla
AUTHOR
19/9/08 09:49 delete

Mən də indi fikir verirəm.

Ebi yox əsas odur ki, biz çatdırmaq istədiyimizi çatdırdıq. :))

Reply
avatar
Sama
AUTHOR
19/9/08 09:50 delete

Əla ləzzət elədi.. toçnu bizimkilərdən gedir söbəət

Reply
avatar
Dado
AUTHOR
14/3/09 21:33 delete

Sagol dost, yaxshi yazmisan, hedefe vurmusan. Esas inetin ucuzlashmagidir. Eleki o ucuzlashdi axin bashlayacaq.

Reply
avatar
Nigar
AUTHOR
4/11/09 12:01 delete

Çox maraqlı yazıdır.Canlı nümunə ilə)

Reply
avatar