Azeri Fruit Co.

Azərbaycan Respublikasında meyvə şirələri istehsalatını, emalını, tədarükünü və satışını genişləndirmək məqsədi ilə müvafiq bazarın cari inkişaf tendensiyasını və potensialını qiymətləndirərək, habelə, istehsal olunan məhsulları beynəlxalq keyfiyyət standartlarına uyğunlaşdırmaq və onların xarici bazarlarda təşviqini aparmaq zərurətini nəzərə alaraq “Milk Pro” MMC və “SAF” MMC meyvə şirələri istehsalçıları öz aktivlərini birləşdirməklə yenidən təşkil olunaraq “Azeri Fruit, Co” səhmdar cəmiyyətini yaratmaq və Azərbaycan İnvestisiya Şirkəti və Azərbaycanda İnvestisyaların və İxracın Təşviqi Fondu (AZPROMO) ilə birgə həmin Cəmiyyətə əlavə investisiyaların cəlb edilməsi layihəsini həyata keçirmək barəsində razılığa gəlmişlər.

Layihədə AİŞ-in payının biznes-plan hazırlandıqdan sonra müəyyən olunması gözlənilir. Memoranduma uyğun olaraq AİŞ, bu layihəni əlavə mənbələrdən maliyyələşdirmək məqsədilə digər xarici maliyyə qurumlarını, o cümlədən strateji və portfel investorları layihəyə cəlb edəcək, habelə Cəmiyyətin fəaliyyətində qabaqcıl korporativ idarəetmə prinsiplərini və müvafiq standartları tətbiq etmək məqsədilə beynəlxalq təşkilatların bu layihəyə cəlb olunması istiqamətində əlavə tədbirlər görəcək.