Denis Darzacq - sadə və yaradıcı



Denis Darzacq - uzun müddətdir onun haqqında araşdırıram.
Əvəllər şans əsəri bir neçə kreativ işə görə məşhur olan şəxslərdən biri olduğunu düşünürdüm. Ancaq Fransalı Darzacq onlardan biri deyil. 1985ci ildən bugünə kimi uzanan uğurlu karyerasının əsasını qeyriadi fikirləri və mükəmməl yaradıcılıq qabiliyyəti tutur.

Bugün Darzacqın adını interactive medianın qaymaqları olan hər bir siyahıda görmək olar amma təəsüflər olsun onun haqqında internetdə çox az məlumat tapmaq olur. Ancaq bildiyim dəqiq bir şey vardır: Fotoşopdan mükəmməl istifadə edən peşəkarların işini, O öz ağlı və sənəti ilə edir.

Onun işlərinə ilk dəfə baxan bir adam bəyəndiyi işin montaj olduğunu fikirləşərək təəsüflənə, dilxor ola bilər. Ancaq Darzacq heç bir işində rəqəmsal manipulyasiyalardan faydalanmır və buda onun işinə, sənətinə, fotolarına qarşı insanda maraq və heyranlıq oyadır.

Denis Darzacq 2005- 06cı illərdə 'La chute' və 'Sans titre' adlı məşhur foto sessiyaları ilə modern sənət aləminə böyük səs gətirdi. Sans tite'nin uğurunun əsl sirrini isə bugünə qədər heç kim anlaya bilmir. Parisi əhatə edən şəhərətrafındakı kiçik küçələrdə istedadlı rəqqaslar ilə işləyərək, heç kimin bacara bilmədiyi sadə "hiylə"ləriylə həyata keçirirdi. Gənclər sadəcə bildikləri hərəkətləri edir, Darzacq isə yaradıcılığını nümayiş etdirirdi. Çəkilişlər zamanı nə rəqqaslar nə də Darzacqın köməkçiləri nəticənin belə gözəl olacağını düşünməmişdilər.

'La chute' və 'Sans titre' foto sessiyasından seçmələr








2008ci ildə isə 'hyper' adlı foto sessiyası ilə O foto dünyasına yenidən yerindən oynatdı. Hyper'in uğuru onun sadəliyində idi, marketdə çəkilmiş foto sessiyalarının əsasını, orada adi qaydada alışveriş edən gənclər təşkil edirdi. Tək bir sehr - ayaqların yerdən kəsilməsi idi.

Hyper adlı foto sessiyadan






Denis Darzacqın müvəffəqiyətlərini qısqanan bir qisim insanlar isə onun yaradıcılığına kölgə salmaq məqsədi ilə gördüyü işin virtual dünyanın nemətləri olduğunu dilə gətirirdilər. Ancaq Darzacq bu tənqidlərində qarşısını çox sadə üsulla birdəfəlik kəsə bildi. Nəydi bəs adi üsul? Gördüyü işi sadəcə kamerayla çəkmək və foto sessiyaları yanında yayımlamaq. Bu qədər asant.




Darzacqın 2003cü ildə 'Nu' (erotic məzmunlu) və 'Fake stars' adlı diqqətə layiq fotosessiyaları da olmuşdur.

Qeyd edim ki, Darzacqın müəllifi olduğu beş kitabda mövcüddur.

Düzdür indi özlüyünüzdə Darzacq sənətinin sadəcə hiyləli fokuslardan ibarət olduğunu düşünə bilərsiniz ancaq unutmayın ki, bu hiylələrdən kənara müvəffəqiyyəti çıxarmaq özü yaradıcı dahini tələb edir.

məqalə © 2008 Maklayaq.com
fotolar
© Denis Darzacq
Müəllif hüquqları qorunur. Yazıdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internetdə istifadə edildikdə keçidin (url) verilməsi mütləqdir.

1 şərh:

Write şərh
Anonymous
AUTHOR
16/7/08 17:06 delete

Super wekiller, esl senetkar iwi! Bu fotograf haqqinda ewitmemiwdim, amma indi tanidim )) bu metni yazib tegdim eden istedadla wexse ayrica tewekkur )

Reply
avatar