«Eksklüziv endirim zonası»


Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti ölkədə ilk dəfə keçirilən «Eksklüziv endirim zonası» kampaniyasını müddətsiz olaraq uzadıb.
«Azerccel»dən «APA-ECONOMICS»ə verilən məlumata görə, kampaniya abunəçilərin çoxsaylı istəkləri əsasında uzadılıb. Belə ki, «Azercell» abonentləri bundan sonra istənilən vaxt Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində (AEROP1, AEROP2, AEROP3, ARIND1 radio-baza stansiyaları ərazisində) ölkədaxili tariflərlə dünyanın hər bir istiqamətində zənglər etmək imkanı əldə edir.
Hava limanından «Azercell» abonentinin etdiyi zəng (peyk operatorları istisna olmaqla) onun tarif paketinə uyğun, adi ölkədaxili – şəbəkə xarici zəng kimi qiymətləndiriləcək.
Qeyd edək ki, hazırda «Azercell Telecom» şirkətinin 3,1 mln-dan artıq abonenti var, ümumilikdə isə respublika üzrə mobil rabitə abunəçilərinin sayı 4,6 mln-a çatır.