FORTIS


Fortis, 15 illik bir keçmişi olan Belçikalı və Hollandiyalı iki şirkətin ortaqlığıyla qurulan beynəlxalq bir bankdır. Çoxları üçün maraqlıdı, nədir bu mozaikin mənası nəyi ifadə edir bu dizayn bir-birindən fərqli bu şəkillər gerçəkdə nəyi təmsil edir?

Fortis adı Latınca "forte"dən əmələ gəlir. Forte, güclü, cəsur deməkdir. Satın almalarla böyüdükləri üçün çox fərqli mədəniyyətlərdən insanlarla çalışırlar. Elə emblemleri də bu fərqli bazarları, fərqli mədəniyyətləri təmsil edir.

Logonun hekayəsində göl kənarındakı bir qəsəbənin gündəlik həyatı izah olunur. İçmək və yuyunmaq üçün su təmin edən, içində yaşayan balıqlarla qəsəbəlilərə bəslənmə imkanı təmin edən gölün, qəsəbəyə necə həyat, rifah və zənginlik qaynağı olduğundan bəhs edilir. Fortisin logosu da, o göl və qəsəbənin krokisini təmsil edir. Mozaika şəklindəki logonun originalı əslində keçən ilə qədər 32 parçadan meydana gəlirdi. Amma sadələşdirilib parça sayı 23ə endirildi.