Gates, avtomobil işində bir həftədə 15 milyon dollar qazandı



62 milyard dollarlıq fərdi sərvəti ilə milyarderlər siyahısının ilk sıralarında olan Microsoftun qurucusu Bill Gates indi də avtomobil işinə girişibdir. İldə 320 min ədəd yeni vasitə satan ABŞın ən böyük avto dileri AutoNationun yüzdə 5.5ini alan Gates, bir həftədə 15 milyon dollar qazandı. New York Birjasında keçən həftə etdiyi alış Gatesə 82.8 milyon dollara düşdü. Yoldaşıyla birlikdə qurduqları 'Bill və Melinda Gates Vəqfi' ilə sahibi olduğu investisiya şirkəti 'Cascade Investment LLC' vasitəsilə alış edən Bill Gates, bir anda ABŞın ən böyük avto dilerinin ortağı oldu. Vaşinqton mərkəzli bu iki quruluşu ilə Avto- Nationun üçüncü ən böyük ortağı olan Gatesin hissələri bir həftədə 8.25dən 9.74 dollara çıxdı. Bu artım sonrası Gatesə aid hissələrin dəyəri də 97.8 milyon dollara çatdı. Bir başqa deyişlə Gatesin hissələri 15 milyon dollar dəyər qazandı.

marketingturkiye