Yahoo!nun aqibəti..


Microsoftun ilan hekayəsinə dönən Yahoo!nu almaq məsələsi ilə əlaqədar dünən Microsoft tərəfindən rəsmi şərh nəşr olunubdur. Yayılan mətbuat şərhində Yahoo!nun yeni idarə heyətinin təyin olunması ilə təkrar görüşmələrə başlana biləcəyi bildirilir. Mətbuat şərhində Microsoftun Yahoo!nun yalnız axtarış xüsusiyyətini ya da şirkətin hamısını satın ala biləcəyi də ifadə olunubdur.

Yahoo!'nun Google ilə İyun ayında etdiyi axtarış və reklam razılaşmasının da gözlənilildiyi kimi Microsoft'u çox narahat etmədiyi şərhdən aydın ola bilir.

Ehtimal edirəm ki, Microsoft Yahoo!nu yaxın 1-2 ilə almalıdır.
Bununla da Google'a böyük zərbə vurulmaqla bərabər, internet dünyasında da bir çox daşlar yerindən oynayacaqdır. Sözsüz bunun Azərbaycanada təsiri olacaq, yəqin ki Yahoonun müxtəlif dillərə tərcümə edilməsiylə birlikdə ana dilimizdə olan Yahoo!nuda görə biləcəyik.