İndi GSM operatorlardı networkləyir


Dünyaca məşhur GSM operatoru Orange, bu aralar İngiltərədə yaradacağı yeni ictimai network saytının təqdimatına hazırlaşır.

Orange, yeni sayt ilə MySpace, Facebook, Pikeo, Bebo və digər məşhur network saytlarını öz Orange World mobil portalında birləşdirməyi hədəfləyir.

Hələlik yalnız Fransada təqdimatı edilən portal, rəqib saytların bütün funksiyalarını tək bir platformada yığaraq istifadəçilərin saytlar arasında itməsinə maneə törətməyi məqsəd qoyur.

Bu haqda mən hələ çoxdan düşünüb bəzi marketolog dostlarada demişdim.
Internetdə bugün trend olan bir lahiyə sabah heç kimin yadına belə salmadığı bir şeyə çevrilə bilər. Və Orange'in ictimaiyyətə eşitdirdiyi bu lahiyə ilə də, daha kiçik bir qisim insana xitab edən ancaq daha əhatəli və onların maraqlarına cavab verən sosial şəbəkələşmənin 2ci və böyük dəyişikliklər gətirəcək addımı atıldı.

Yadınızdadırsa bundan əvvəldə milyonerlər üçün xüsusi sosial şəbəkə qurulumuşdu.

Çox ehtimal yaxın zamanlarda başqa sahələrdə də bunun kimi addımlar atılacaqdır. CNN, BBC, VOA kimi izləyicisi və internet istifadəçisi çox olan TVlər, Banklar, Starbucks, McD kimi daimi müştərisi olan kafe-restoranlarda öz sosial şəbəkə saytalarını yaradacaqdır.

nİŞLƏMƏK yazısında verilən tərifədə kiçi bir dəyişiklik etsək ehtiyacları tam olaraq qarşılana bilməyən bir qrup sosial şəbəkə üzvünün istəklərini daha yaxşı qarşılaya bilmək üçün çox dar əhatəli sosial şəbəkələşmə saytları - Facebook, Myspace, Hi5, Orkut, Bebo kimi məşhur ictimai şəbəkə saytlarının sonunu gətirəcəkdir.

1 şərh:

Write şərh
Casp
AUTHOR
15/7/08 17:36 delete

Türkiyədə də Avea öz sosial şəbəkəsini açmışdı. ancaq bir o qədərdə uğurlu olmadı. fikrimcə hər hansısa bir McD müştərisinin vecinədə olmazki oradan başqa kimlər istifadə edir. Ancaq ixtisas qruplarına xitab eləyən sosial şəbəkələr uğurlu olar. elə Mak.az`ın netvvork`ü açılsada əla olar. məsələn türkiyədə iş adamlarına xitab eləyən sosial şəbəkə http://profesyo.net/

Reply
avatar