Lee Clow'u tanımayan var?

Artıq hər həftə çalışacağam marketing, pr, reklama aid görkəmli öz sözünü demiş şəxsiyyətlər və onların işləri haqda yazılar yazım.
İlk yazım Lee Clow haqqındadır.


Bütün zamanların ən müvəffəqiyyətli reklam filmi olaraq görülən və bu ana qədər bu birinciliyini heç bir reklam kampaniyasına verməmiş, Corc Orwellin xəyal etdiyindən daha fərqli bir gələcəyin də mümkün olduğunu izah edən və Applenin IBMə qarşı başlatdığı döyüşün ilk gülləsi olan Apple 1984 spotu onun əsəridir: Lee Clow...


Yuxarıda, saqqalları ağarmış adam, bu ana qədər görmüş olduğunuz və bəlkə də görəcəyiniz bir çox reklam kampaniyasının yaradıcısdır. Bu yazını oxuyarkən, istər reklam yaradıcısı olun ya da olmayın, bir şəkildə təsirlənir, bu dahi beyinə qibtə ilə baxırsınız.
Ofisində tişörtü, şortiki və şəpşüpləriylə, 1972-ci ildən bu yana TBWA Los Angelesdə işləyən və bütün dünyanın pərəstişini qazanan reklam kampaniyalarının yaradıcısı bu şəxs, nələr etmiş ola bilər?

1984 əfsanəsi xaricində, yenə Apple üçün etdiyi, Clowun son möcüzələrindən biri, iPod üçün hazırlanan silüetler kampaniyası. Milyonlarla satılan, Applenin bu möhtəşəm məhsulu üçün edilmiş, əla bir kampaniya.

Yenə bir Apple kampaniyası, 'Think Different.' Apple istifadə edəcək insanları Hitchcock, Qandi və Picasso kimi, həyata fərqli gözlərlə baxmağa dəvət
edirdi və yenə hər zamanki kimi müvəffəqiyyətli oldu. (Digər nümunələr burada)

Bütün dünyaya təsir edən, hər intizamdan bir çox sənətçinin bu məhsulla möcüzələr yaratdığı, hərhalda dünyanın ən uzun davamlı kampaniyası olma müvəffəqiyyətini göstərən Absolut, yenə bir Lee Clow şah əsəridir.

Və keçdiyimiz illərin ən müvəffəqiyyətli kampaniyalarından biri. 'Impossible Is Nothing.'

Adidas üçün edilən bu kampaniyada isə yenə öz sahələrində
müvəffəqiyyətli idmançılar istifadə olumuşdu: Məhəmməd Əli, Leyla Əli, David Beckham və Tracy McGrady.


Yuxarıdakı nümunələrini gördüyümüz işlərin yaradıcısı olan bax bu adamdır, hələ indidən 'Art Directors Hall of Fame' və 'Museum of Modern Art's Advertising Hall of Fame'ə daxil edilmişdir.

yazının hazırlanmasında Viki və Mediacat'dan faydalanlıbdır.