Lisenziya və rüsumlar


Lisenziya tələb olunan fəaliyyət növləri və ödəniləcək dövlət rüsumunun miqdarı

Tütün məmulatının istehsalı üçün Kənd Təsərrüfatı Nazirliyindən lisenziya almaq 5500 manata, bu məhsulların idxalı isə 11000 manata başa gələcək. Bu məhsulların satışının şəhər və rayonlarda (şəhər rayonları istisna olmaqla) həyata keçirilməsi üçün icra hakimiyyəti orqanlarına 220 manat ödəniləcək.

Rabitə xidmətləri - yəni : telefon (məftilli) üçün 5000 manat, sellülar (mobil) üçün 11000 manat, radiotrank və simsiz telefon satışı üçün 5000 manat, ölkədaxili telekommunikasiya kanallarının təşkili üçün 5000 manat, beynəlxalq telekommunikasiya kanallarının təşkili üçün 11000 manat, İP- telefoniya (internet-telefoniya) üçün 8000 manat, məlumatların ötürülməsi (data) üçün 6000 manat, sürətli poçt xidməti üçün 2500 manat ödəməklə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən lisenziya almaq olar.

Gömrük broker fəaliyyəti, gömrük anbarlarının, müvəqqəti saxlanc anbarlarının, sərbəst anbarların təsis edilməsi sahələri üzrə lisenziya alınması üçün isə Dövlət Gömrük Komitəsinə 11000 manat ödəniləcək. Teleradio yayımı (televiziya və radio yayımı, əlavə informasiya yayımı, kabel şəbəkəsi yayımı, peyk vasitəsilə yayım, xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət) Milli Televiziya və Radio Şurasına 11000 manat ödənilməlidir. Yabanı dərman bitkiləri xammalının yığılması fəaliyyəti ilə məşğul olmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyindən razılıq almaq və 550 manat pul ödənilməlidir.
5'FREEDOMS