nİŞLƏYƏK 1ci hissə: Niş (niche) nədir?


Bazar şərtlərinin, rəqabəti hər keçən gün qızışdırdığı bugünün şərtlərində yeni anlayışlarla tanış olmağa davam edirik. Hal-hazırda həyatımızda hər hansı formada iştirak edən ancaq göz qarşısında olmayan bir sıra ünsürlər bəziləri üçün yeni iş imkanları, bəzən də çaşdırıcı böyüklükdə qazanc qaynaqları yaradır.

Ümumiyyətlə hər sənaye qolunda, öz sahəsində ekspertləşmiş, bazar nişlərində xidmət edən firmalar var. Bu firmalar, bütün bazarda geniş bir sahədə fəaliyyət göstərmək yerinə, bazar hissələrini daha da hissələndirərək bazar içində bazar olaraq bilinən çox kiçik bazar hissələrini özlərinə hədəf bazar olaraq seçə bilirlər.

Bütün sektorlarda isə bu cür boşluqlar ola bilir. Məsələn bankçılıq və maliyyə sektorlarında təşkilati və ticari mənada turizm, gəmi inşası və gəmi sahibkarlığı, ölkə içindəki xüsusiləşdirilən böyük proyektlər və sağlamlıq sektoru gələcək vəd edən sahələr olaraq düşünülə bilər. Digər tərəfdən ancaq üzürlü insanlara və ya yaşlılara istiqamətli geyim istehsalı da niş bazar olaraq təyin oluna bilir.

Xüsusi və fərqli istəklərə cavab vermələri səbəbiylə niş bazarlar, yüksək qiymətə, buna bağlı olaraq qazanclılığa, sifariş üzərinə iş imkanı təmin etdiyindən maliyyə və anbar xərclərindən qənaətə, ekspertliyin başqa mallara ya da sahələrə daşınmasına imkan tanıyır.

Niş bazarlar, böyük firmalar tərəfindən girməyə dəyməyəcək qədər kiçik olduqları üçün, xüsusiyyəti olan və bu xüsusiyyətlər mövzusunda ixtisaslaşmış kiçik, elastik işlətmələr bu bazarlarda iştirak edir. Məsələn turizm sektorunda sualtı turizmi, ekoturizm, məcəra turizmi, alpinistlik, ferma turizmi kimi sahələr niş bazarlar olaraq hədəf alına bilir.

Niş bazarlarda fəaliyyət göstərən firmaların bazar dilimləri müəyyən bir zaman içərisində tamamilə yox olma və ya tam əksinə böyük bir inkişaf göstərmə ehtimallarıyla qarşı-qarşıyadır. Bu riskləri bilən xeyli çox firma, tək bir niş bazarda fəaliyyət göstərmək yerinə, iki və ya daha çox niş'i inkişaf etdirərək xidmət edə biləcəkləri bazar sahəsindəki şanslarını artırmağı sınıyırlar.

Yazının hazırlanmasında İTO , Wikipediada, Gettyimagesdən də faydalanılmışdır..