nİŞLƏYƏK 2ci hissə: Niş bazar nədir?


Ümumi mənada arxitektural bir termin olaraq istifadə edilən və heykəlin divarda oturduğu oyuğu, boşluğu təyin etmək üzrə istifadə edilən "niş" sözü, iqtisadiyyat və ticarətdə isə fərqli bir məna ehtiva edir.

"Niş Bazar" ehtiyacları tam olaraq qarşılana bilməyən kiçik bir müştəri qrupunun istəklərini daha yaxşı qarşılaya bilmək üçün təyin olunan çox dar əhatəli, kiçik bir bazar hissəciyi olaraq təyin olunur. Niş bazarların meydana gəlməsinə ümumiyyətlə böyük firmaların girməyə dəyər tapmadıqları bazar boşluqları təşəbbüskar olur.

Məsələn tekstil sektorunda böyük firmalar, ip və parça istehsalı edir, parçalar hazır paltara girərək hazır geyim olaraq çıxır. Ancaq sektorda istifadə edilə biləcək aksesuarlar, zəncirbənd ("zamok" sözünün Azərbaycan dilində olanı), düymə istehsalı bu sektorda fəaliyyət göstərən hazır geyim və hazır paltar firmalarının girməyi düşünməyəcəyi bazarlar olaraq qeyd edilir.

Bu nöqtədəki boşluqlar isə yeni bir növ məhsul üçün hədəf bazar ola bilər. Niş bazarların bu məzmunda daha əvvəl kimsənin fikir vermədiyi ya da fikirləşsə belə girməyə dəyər tapmadığı bazarlar olması isə ilk mərhələdə rəqabətin olmaması səbəbiylə "üstünlük" olaraq diqqət çəkir.

Niş bazarlarda çıxarılan mallar və xidmətlər hər kəsin bir az sevdiyi mal və xidmətlərdən ayrı olaraq az adamın çox çox sevdiyi, ehtiyac duyduğu mal və xidmətlər olaraq da təyin oluna bilir.

Yazının hazırlanmasında Çelebi Bastonları, Wikipedia, Gettyimagesdən də faydalanılmışdır.