Samsung 1 ayda 1 milyon "Ruh" sattı


Koreyalı şirkət yeni mobil telefonu Soulun 1 ayda 1 milyon satdığını bildirdi. Samsung U900 Soulun yaxşı dizaynının yanında telefonda həssas düymələrə basdığınızı hiss etdirən toxunaqlı əksəlaqəli (haptic feedback) xüsusiyyəti də vardır.

Telefonların əksəriyyəti Avropada satılıbdır. Samsung, telefonu Asiya və Rusiya bazarlarına da çıxardıqlarında satışlarının sürətlə artacağını ümit edir.

Azərbaycan bazarında da hal-hazırda ən çox reklamı edilən telefon olan u900 Solun World Telecomda satış qiymətləri:
488 AZN (Zəmanətsiz)
512 AZN (3 illik zəmanətlə)
536 AZN (3 illik zəmanət + Özəl Kart)

3 şərh

Write şərh
4/7/08 21:54 delete

Salam! maraqlı xəbərdir. Sizə bir sualım var. Niyə siz qiymət yazanda manat əvəzinə AZN yazırsınız?

Reply
avatar
makla
AUTHOR
5/7/08 11:49 delete

Amerikalılar niyə USD
Türiyəlilər YTL yazırlar?

Türkiyədə də bizimlə eyni - denominasiya prosesi baş vermişdi.

Ancaq Türkiyədə də hələ ki, YTL deyirlər yəni heçkim TL demir.

Fikrimcə bizdə də belə olmalıdır, manat yox AZN deyilməlidir.

Sizcə bu deyilişdə nə isə problem var?

Reply
avatar
6/7/08 16:22 delete

Problem yoxdur, mən soruşdum siz cavab verdiniz.)))
Mənə sadəcə bir şey qəribə gəlir, USD - ingliscədi, YTL - türkcədi, AZN isə azərbaycanca deyil.))) Bu sizə aid deyil, yəni hər yerdə AZN gedir siz də başa düşülmək üçün belə yazmısınız. Sadəcə təəssüf ki, dilimizə alınma sözlər və cürbəcür qısaltmalar getdikcə artır öz sözlərimiz isə unudulur gedir.(( Şərhlərim bir az yersizdir üzr istəyirəm, amma yazmamış keçib gedə bilmədim.

Reply
avatar