Sexy Subaru Forester


Subaru Forester 2009 modelinin kampanya saytı son zamanlar bəyəndiyim ən mükəmməl kreativliyi ilə göz qamaşdıran, reklamları güldürəm, yaddaşlarda iz buraxan bir mükəmməliyə sahibdir. Necə deyərlər öz saytım olsa bu qədər bəyənə bilərdim. Flaşda hazırlanmış saytda əla bir loading sitemi qurulubdur, darıxmağa macal yoxdur.

Çox maraqlı bir funksiya yerləşdiriblər deməli, Subarunun Sumo güləşçisi poza verdikcə sizdə onun fotolarını çəkirsiniz. Sözün əsil mənasında - fotograf olursunuz :) zoomlamaq daxil fotoparatdan olan əksər xüsusiyyətlər vardır. Çəkdikləriniz isə sizin üçün sonradan albom formasında təqdim olunur.



İllərdir bikinili qızların gözləri mazol edən maşın yuma səhnəsinin bundan gözəl uyğunlaşdırılmış forması ola bilməzdi üstəgəl shoot boarddakı sizin tərəfdən hazırlanan 20 foto və PDF formatındakı "Sumo mənşəli Güləş" kitabçasıda saytı daha da maraqlı edibdir.

Musiqilərə isə söz yoxdur, elə ancaq musiqiləri dinləmək üçün sayta daxil olmağa dəyər.

Əsil favorites'ə əlavə olunası adı ilə tərkibini bilməyəndə çaşqınlıq yaradacaq sexysubaru.com Maklayaq.info-dan təzə qiymət sistemi ilə 9 aldı :)

Makla.