Yaşıllayaq


Dünyanı çirklədirik, qaynaqları sürətlə istehlak edirik; ancaq digər tərəfdən də sanki bu mənfi gedişin yaxşı mənada fərqinə varmağa başlamışıq. Ətrafa həssaslıq artmağa başlayıbdır. Əlbəttə söhbət hələki Azərbaycan vətəndaşlarından getmir, Türkiyənin NTV kanalından gər gün reklamları gedən NTVMSNBCnin hazırladığı xüsusi saytın "Yaşıl Oyanış"da oynadığı xüsusi rolundan danışmaq istəyirəm.

yesil.ntvmsnbc.com ünvanından fəaliyyətə başlayan saytda ətraf ilə əlaqədar xəbərlər yayımlanır. Xəbərlər internet, geri çevrilmə, heyvanlar aləmi, yaşıl sənət, orqanik həyat kimi kateqoriyalar altında toplanılmışdır. "Sizdən Gələnlər" hissəsi yaşadığınız yerdə ətraf ilə əlaqədar qarşılaşdığınız, diqqətinizi çəkən problemləri və bunlarla əlaqədar varsa həlləri daha geniş kütlələr eşitdirməniz üçün hazırlanmışdır. "Orqanik Ləzzətlər" hissəsində orqanik yeməklərlə hazırlanmış yemək təriflərinə yer verilir. "Bu gün ətraf üçün nə etdin?" hissəsi altında siz də gün içində ətrafın qorunması adına etdiyiniz müsbət işləri bölüşə bilərsiniz.

Saytda yerləşən digər maraqlı bir hissə isə Karbonmetredir. Bu test ilə ətrafa gündə nə qədər miqdarda karbondioksit qazı buraxdığınızı hesablaya bilirsiniz.