Yeni BMW 7ci seriya


BMW şirkəti iyulun 8-də Moskvada yeni avtomobil modelinin təqdimatını keçirməyə qərar verib.

Mətbuatda artıq dəfələrlə yeni “yeddinci”nin fotoları və texniki xasiyyətnaməsi çap olunub. Lakin BMW-nin rəsmiləri hər hansı bir şərh verməkdən imtina ediblər. Ilkin məlumatlara görə “7”-nin xarici görünüşü kəskin dəyişikliklərə uğramayıb. Amma əvvəlki modeldən fərqli olaraq, yeni «yeddilik» daha “sakit” eksteryerə malikdir. Salonda bəzi dəyişikliklər baş verib. Məsələn, əvvəl BMW pərəstişkarlarının narazılığına səbəb olan ötürmə lingi bu dəfə sükanın kolonkası altında deyil, adət olunmuş yerdə yəni ön oturacaqların arasında yerləşdirilib. Eyni zamanda BMW iDrive avtomobilinin idarə sisteminin daha aydın və daha asan işlətməyə malik olub.

Məlumdur ki, «yeddilik» iki ən yeni içyanacaqlı mühərriklə təchiz edilib. Onlardan birinin həcminin 3,0 litr (286 at gücü) olduğu məlum olsa da, digərinin həcmi barədə məlumat verilmir. Lakin təxmin edilir ki, 3,5 litr həcminə və 330 at gücünə malikdir.\RİA\