Ziyarətçinin həyatı


Qeyri-qanuni mühacirlərin Amerikada həyatı haqda yeni film
"Visitor" filminin yaradıcıları qeyri-qanuni mühacirlərin çətinliklərini göstərməyə çalışıblar

Quruluşçu-rejissor Tomas Makkartinin filmində iqtisadiyyat professoru Valter Veyl həyat yoldaşının vəfatından sonra Konnektikut ştatında tək yaşayır. Artıq işinə həvəsi olmayan professor konfransda çıxış etmək üçün Nyu Yorka gedir.

Özünün köhnə evinə daxil olarkən o orada qeyri-qanuni mühacirlərin yaşadığını görür. Suriyalı musiqiçi və onun qız yoldaşı seneqallı Zeynəb fırıldaq qurbanı olaraq evi özünü onun sahibi kimi göstərən bir adamdan kirayə götürüblər.

Professor Valter onlara onun qalmasına icazə verir və Tariklə dostlaşır, ondan zərb alətlərində çalmağı öyrənir.

Tarik və Zeynəblə yaxından tanışlıq professorun yenidən nikbin əhval-ruhiyyəyə qaytması və mənəvi cəhətdən müvazinatını bərpa etməsinə kömək edir. Buna görə də o, Tarik həsb edilib deportasiya edilmək qarşısında olanda Valter sarsıntı keçirir.

Lakin Valter taikrə kömək etməkdə gücsüzdür. Aktyor Riçard Cenkins çox təmkinli, lakin xeyirxah bir insanın obrazını yarada bilib. O deyir ki, filmin çəkilişi zamanı qeyri-qanuni mühacirlərin nədən keçdiyini başa düşə blib.

Tarek rolunda livanlı aktyor Haaz Sleyman çəkilib. O, rola grimək üçün deportasiya hallarını öyrənib və deyir ki, geri qaytarılmış insanlar böyük itki hissi keçirirlər.

Zimbabve mənşəli Amerika aktrisası Danay Qurira Zeynəb rolunda çəkilib. Onun sözlərinə görə, həbslər və deportasiya və qeyri-qanuni mühacirlərdə psixoloji problemlərin yaranmasına səbəb olur.

Tomas Makkartinin “Ziyarətçi” filmi təkcə mühacirət əhvalatı deyil. Bu, məhəbbət, insanların universal səviyyədə bir-birilə təmaslarına həsr olunmuş filmdir. Filmin çəkiliş qrupu Birləşmiş Ştatlarda yaşayan çox sayda qeyri-qanuni mühacirdə dərin təsir buraxa biləcək bir əsər yarada biliblər.
VOA