“Baxın görün nə zor alınıb, amma, o xiyar qəbul etməyib..”

Hər şey haqqında yazan milli bloglardan birində maraqlı yazı gördüm, Aleksandr Şirışev (Александр Ширышев) adlı bir rus dizaynerin saytından tərcümə edilmiş məqalənin adı "Sifarişçi tərəfindən qəbul olunmayan” (“Непринятый заказчиком”) adlanır. Uzun müddətdir bu sahənin mətbəxinə tanış olan biri kimi məqalə mənə çox tanış daha doğrusu doğma gəldi.


Məqalədə danışılan hadisələrlə demək olar ki, hər gün mən və ya tanışlarım qarşılaşırlar.
Zövqsüz və ya hər şeyə qarışan bir direktorun və ya müştərinin olması dizaynerin bütün karyerasınıda məhv etməməlidir. Dizayner, rejissor, arxitektor - zənniomcə bunların işinə heç kim qarışmamalıdır. Adicə bir məsləhət və ya nəinsə yenidən yaradılmasını istəmək, rəngiylə oynamaq, kiçik və cuzi bir dəyişiklik belə işin ahəngini pozmağa bəs edər.


Eynilə bizdəki vəziyyətdir, eynilə. Hər zaman bu haqda bir məqalə yazmaq arzusunda olmuşam. Amma bu yazı elə fikirlərimin mirror versiyasıdır. Yazımda istifadə etmək üçün hazırladığım şəkilləridə elə bura əlavə edirəm.



Sifarişçi tərəfindən qəbul olunmayan


Altında “Qəbul olunmayan variant”, “Sifarişçi tərəfindən təstiqlənməyən”, “Baxın görün nə zor alınıb, amma, o xiyar qəbul etməyib” yazılan işlər, peşəkar dizaynerin portfoliosunda olmamalıdır. Xüsusən də, studiyanın portfoliosunda.


Dizayn — rəssamlıq deyil. Dizayn — yaradacılıq deyil. Dizayn — xidmətdir. Dizayner işinin əsası — müştərinin konkret məsələsini həll etmək, həyatı rahatlaşdırmaq, məhsulu satmağa yardım etməkdir. Şəkil çəkmək deyil, özünü inkişaf etdirmək deyil, müsabiqələr, sərgilər, dəbdə olan kataloqlar üçün yaratmaq deyil, xidmət göstərməkdir. Əgər iş sifarış olunub, lakin qəbul olunmayıbsa, deməli bu pis işdir. Deməli dizayner müştərini başa düşməyib, eşitməyib, onun məsələsini həll etməyib. Deməli bu dizayner səriştəsizdir.


Misal üçün bərbəri götürək. O da bir növ yaradıcıdır. Siz kürsüyə əyləşir, məsələni ona izah edir və həllini alırsınız. Əgər nəticə sizin xoşunuza gəlmirsə, nə baş verir? Qalmaqal baş verir. Bu, o deməkdir ki, bərbər sizi başa düşməyib. Bu bərbər — pis bərbərdir. Pis və sırtıq bərbər, üstəlik hələ deyəcək ki, siz məsələni ona yaxşı izah etməmisiniz, hər şeydə günahkar sizsiniz, həm də ki, əl altında danışırdınız. Yaxşı bərbər nəyi, necə soruşacağını bilir və ən əsası — dinləməyi bacarır. Yaxşı bərbər, işləyən zaman, dəqiqləşdirici sual verməkdən utanmayacaq. Yaxşı və pis bərbərlər bir şeydə oxşardırlar: onların portfoliosunda qəbul olunmayan işlər yoxdur.


Gənc dizaynerin misli görünməmiş işləri alınanda, bu normaldır. Sən gənc, təcrübəsizsənsə, öz potensialını nümayiş etmək üçün hər imkandan yapışırsan. Yeni başlayan dizaynerin qiyməti (maaşı) də uyğun olmalıdır, hətta bu dizayner dəhşət istedadlıdırsa da. Dizayner, işə düzələrək, müsahibəyə 58% ölüdoğulmuş “dizaynlardan” ibarət olan portfolio gətirirsə və bununla bərabər, tamdəyərli maaş istəyirsə, bu gülməlidir. Qorxulusu odur ki, “Qəbul olunmayan variantlar” studiyaların portfoliosunda ortaya çıxır. Bu müştəri üçün təhlükə işarəsidir.


“Qəbul olunmayan variant” necə gözəl olsa da, bu yalnız özü-özlüyündə olan bir şəkildir, hansı ki, qabaqcadan təxsis olunduğu dünyadan ayrı yaşayır. Bunda müştərini günahlandırmaq, formalaşmış bazarı pisləmək, tələbat və təklifin ehtiramsızlığına istinad etmək olar, amma, bunlar, hər zaman, uğursuzların yazıq-yazıq donqultusu olacaq. Portfolioda “diri” işlərin olması – peşəkarlığın, kifayətli olmasa da, mütləq meyarıdır. Hətta qəbul olunmayan variantınız sizin çox xoşunuza gəlirsə də, susmağı bacarmaq — kamillik əlamətidir.


Sarsılmaz reklam ifadəsi var: “Əvəzimizə işlərimiz danışır”. Mən onu bir az dəyişərdim: “Əvəzimizə sifarişçi tərəfindən qəbul olunmuş işlərimiz danışır”

1 şərh:

Write şərh
5/8/08 17:03 delete

Salam hörmətli Makla! Şəkillərin həqiqətən də yeri var - əladır!

Siz yazırsınız ki:
"Zövqsüz və ya hər şeyə qarışan bir direktorun və ya müştərinin olması dizaynerin bütün karyerasınıda məhv etməməlidir. Dizayner, rejissor, arxitektor - zənnimcə bunların işinə heç kim qarışmamalıdır."
Burda sizinlə qismən razıyam, yəni məhz iş prosesinə qarışılmamalıdır, amma, nəticəni əlbəttə ki, sifarişçi qəbul edəcək. Və burda, artıq, "müştəri həmişə haqlıdır" ifadəsi əsas rol oynayır. Məqalənin müəllifi, məncə, elə onu demək istəyir ki, əgər nəticə müştərini qani etmirsə deməli dizayner pis dizaynerdir, müştəri yox.))

Reply
avatar