Beijin 2008 Olimpiadalarını onlayn izləyin

cctv.jpg

CCTVOlympics sizi Beijing 2008 Olimpik oyunlarını izləməyə imkan verir. Qeydiyyatdan keçməyə ehtiyac yoxdur.

Onu da qeyd etmək yerinə düşər ki, Dünən Bakı vaxtı ilə saat 07:00, Pekin vaxtı ilə saat 10.00-da Pekindəki Olimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi oldu.
Mərasimdə Azərbaycan nümayəndə heyətinin üzvləri- Gənclər və İdman Naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Yaşar Əliyev və başqa rəsmi şəxslər iştirak edirdilər.
Mərasimi Pekin Olimpiya kəndinin meri açdı. O, “bir arzu, bir dünya” şüarını seçmiş Pekin Olimpiadasında, müxtəlif ölkələrin nümayəndə heyətlərinin iştirak etdiyini qeyd etdi və Azərbaycan nümayəndə heyətini salamladı.
Azərbaycan nümayəndə heyətinin şef demisionu İlham Mədətov tribunaya dəvət olundu və Olimpiya kəndində Azərbaycan himninin sədaları altında Azərbaycan bayrağını qaldırdı.