Googledən pulsuz musiqi

Musiqi şirkətləriylə aylarca sürən müzakirələrin ardından Google Çində pulsuz musiqi axtarış xidmətini başlatdı.


Bu tətbiq ilə Çindəki internet istifadəçiləri müğənni və mahnı axtarışı edə biləcəklər. Ardından da lisanslı musiqi parçalarını ödənişsiz olaraq endirə biləcəklər. Xidməti dəstəkləyən isə reklam gəliri olacaq. Reklamların gəliri Çinli musiqi şirkəti Top100.cn ilə Google arasında paylaşdırılacaq. Tətbiqin müvəffəqiyyətli olması vəziyyətində pirat tətbiqin çox məşhur olduğu Çində belə digital musiqi şirkətlərə pul qazandırmağa başlayacaq.