Pekində ilk qızıl qazanan idmançımıza “KİA-Rio” avtomobili hədiyyə veriləcək


Cənubi Koreyanın məşhur “KİA-Motors” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi olan “Kia Motors Az” MMC Pekin Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançılarını daha da ruhlandırmaq məqsədilə son model avtomobillərdən birini ayırıb. “Kia Motors Az” MMC-dən “APA-SPORT” agentliyinə verilən məlumata görə, şirkət Azərbaycanın Pekin Olimpiadasında qızıl medal qazanacaq ilk idmançısına “KİA-Rio” avtomobili hədiyyə edəcək.
Xatırladaq ki, “KİA-Motors Azərbaycan” ölkəmizin idman həyatında yaxından iştirak edir. Son bir ildə şirkət Azərbaycanda bir neçə nüfuzlu idman yarışlarının keçirilməsinə maddi və mənəvi kömək göstərib.