VERTUlayaq..


"Nokia" şirkəti istehsal etdiyi və dünyanın ən bahalı mobil telefonu sayılan "Vertu" modelinin satışlarından razıdır. Şirkət təmsilçilərinin dediklərinə görə, son ayda "Vertu"nun satış həcmi təxminlənən səviyyədən 34 faiz artıq olub.
Alıcıları arasında milyonerlər, ərəb şeyxləri, dünyanın məşhur pop və kino ulduzlarının tam əksəriyyət təşkil etdiyi "Vertu"nun qiyməti orta hesabla 20 min dollardır.
Dəbdəbə baxımından bu telefonun tayı-bərabəri yoxdur.

Bir düşünün: "Vertu"nun qabı xüsusi, kosmik texnologiyalar əsasında hazırlanmış karbon oksidi liflərindən, zənciri 18 karatlıq ağ qızıldan, displeyi göy yaqutdan hazırlanıb, batareya yükləyicisi isə spikerfonla təchiz edilib.

"GSM 900/1800" standartlarında çalışan bu telefonun WAP, rəqəmsal kamerası, korpusun dəyişik panelləri, diktofonu, spikerfonu, oyunları, "Bluetooth" və infraqırmızı portları, Şava əlavəsi, EMS/MMS və E-mail klienti olmasa da, 128x60 ölçülü displeyi monoxrom və qrafik (inversiv) olsa da, aparat unikaldır.

Paslanmayan dəmirdən hazırlanan "ən ucuz" model sayılan "Vertu-little" 4500 dollara satılır. Korpusu 18 karat qızıldan düzəlmiş "Vertu" 11200 dollaradırsa, 18 karatlıq ağ qızıl korpuslu model 13 min dollara, platin korpuslu "Vertu" isə 20 min dollardır.

Bakının Nizami küçəsində “Vertu Mobile” dükanı fəaliyyət göstərir və burada bu mobil telefonunun qiymətləri bir qədər fərqlidir. Bahalı paslanmayan poladdan hazırlanmış “Stainless Steel” Vertunun qiyməti 7200 avro(8780 ABŞ dolları), “18 Carat Gold” Vertunun qiyməti isə 15 300 avro(18700 ABŞ dolları) təşkil edir.

internet.news.az