iphone qızı iphone..

Click image for larger version  Name: medium_2781950248_1fd74540b6_o.jpg Views: 71875 Size: 188.7 KB ID: 131040

Click image for larger version  Name: medium_2781092161_db9fd2efa1_o.jpg Views: 57552 Size: 185.5 KB ID: 131041

Click image for larger version  Name: medium_2781950434_bfe9153611_o.jpg Views: 44996 Size: 179.0 KB ID: 131042

İngiltərədə bir Apple düşkünü, markm49uk ləqəbli adam, bir iPhone alır və həyəcanla qurdalamağa başlayır. iTunesdən aktivləşdirməsini etdikdən sonra fərqinə varır ki içində Çinli bir qızın iPhone yaradarkən çəkilmiş fotoşəkilləri var!

Çinli qızın fotoşəkillərini dərhal bir foruma yükləyərək başqalarının da belə bir şeylə qarşılaşıb qarşılaşmadığını soruşur. Təbii olaraq hadisə böyüyür də böyüyür, bir çox xəbər saytı və forumda gəzməyə başlayır, New York Post daxil. Hadisənin çıxdığı forum daxil, çoxu adam Çinli qızın, bu fotoşəkillərdən sonra qovulacağını düşünür.

Hadisə, Applenin iPhonesu çıxardırdığı Foxconn firması tərəfindən də təsdiqləndi. Əslində iPhonelər çıxarılarkən hər biri test edilmək məqsədiylə bir rəng şkalasında sınaq çəkilişi edilir. Düz işlələdiy əmin olunduqdan sonra bu fotoşəkillər silinir. Çinli qızlar isə öz fotoşəkillərini çəkib, bunları silmirlər və telefon müştəriyə çatır. Fotoşəkildəki qızın simpatik görünüşü, hadisənin bu qədər yayılması, kimsənin şikayətçi olmaması və gözəl bir satışa çıxarma olacağının düşünülməsindən ötəri Çinli qız işə davam edir.

Son bir detal, fotoşəkildə arxada olan kompüterlərin bir PC olduğu, təbii ki də əməliyyat sistemi Windows deyil, bir başqa detallı müzakirəni doğurdu.