Paytaxtdakı küçə reklamlarının tarifləri!

BŞİH Reklam və İnformasiya İdarəsindən verilən məlumata görə reklam lövhələri üçün öncədən 6 aylıq və ya bir illik reklam haqqı ödənilməlidir. Qiymət isə qoyulacaq reklamın ölçülərindən asılı olur. Birdəfəlik icazə almaq üçün 70 manat rüsum verilməlidir. İdarədən onu da bildirdilər ki, şəhər daxilində bu işə onlar nəzarət edirlər və bələdiyyənin bu işlə heç bir əlaqəsi yoxdur. Yol kənarlarındakı reklam lövhələrinə isə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti nəzarət edir. Qeyd edək ki, reklamın qiymətləri Tarif Şurasının qərarına əsasən müəyyənləşir. Küçə reklamının yerləşdirilməsinə verilən icazə üçün birdəfəlik ödəniş tarifi Bakı şəhəri üzrə 70 manat, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 50 manat, digər regionlar üzrə isə 35 manatdır. Bakı şəhəri üzrə 1 kvadratmetr küçə reklamlarının yayımı üçün bir aylıq ödəniş tarifləri isə aşağıdakı cədvəldə verilmiş səviyyədə təsdiq edilib:

Sıra
№-si

Reklam daşıyıcısının növü

Tariflər (manatla)

Zonalar

A

B

C

1.

Damlarda, hava şarlarının, aerostat və dirijablların üstündə yerləşdirilən lövhələr, ekranlar və göstəricilər

8,0

7,0

3,0

2.

Küçələrin kənarlarında, meydan, park, bağ və yol ayrıcılarında yerləşdirilən stasionar işıqlı, kənardan işıqlanan və ya işıqlanmayan istənilən ayrıca dayaqlı lövhələr

10,0

7,0

3,0

3.

Binalarda yerləşdirilən stendlər və pannolar

8,0

7,0

5,0

4.

Yerüstü keçidlərdə, körpü və estakadalarda yerləşdirilən lövhələr

12,0

10,0

8,0

5.

İşıq və digər dirəklərdə yerləşdirilən işıqlı kronşteynlər

10,0

8,0

7,0

6.

Yeraltı keçidlərdə yerləşdirilən lövhələr, stendlər, plakatlar və tablolar

5,0

4,0

3,0

7.

Dayanacaqlarda, telefon, ticarət, köşk və yanacaqdoldurma pavilyonlarında və onların günlüklərində yerləşdirilən lövhələr və stendlər

4,0

3,0

3,0

8.

Tikinti və digər hasarlarda yerləşdirilən düz səthli lövhələr və plakatlar

5,0

4,0

3,0

9.

Küçə və yolların üstundə vurulan asma transparantlar

15,0

12,0

10,0

10.

Dinamik qurğular (prizmavijn, lentvari skroller mexanizmli)

12,0

8,0

5,0

11.

Həcmli fəza konstruksiyaları

12,0

10,0

8,0

12.

Proyeksiya qurğuları

7,0

5,0

4,0

13.

Vitrin və pəncərələrdə yerləşdirilən afişalar, elanlar, plakatlar, ticarət nişanları, loqolar

3,0

3,0

2,0

14.

Binaların fasadlarında, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında, önündə kommersiya məqsədilə yerləşdirilmiş həmin obyektlərin mənsubiyyətinini, adını, firma nişanını göstərən lövhələr

7,0

5,0

3,0

15.

Sərgi, şou, küçə-meydanlarda və s. kütləvi tədbirlərdə reklam vasitələri, o cümlədən hava şarları, dirijabl üstündə reklam və loqolar (uduşlarln nümayişi də daxil plmaqla)

12,0

10,0

8,0

16.

Səyyar

7,0

5,0

3,0

17.

İşıqlı elektron tablolar

12,0

8,0

5,0



Reklam lövhəsinin ölçüsünə görə aşağıdakı əmsallar tətbiq edilir:

- 20 kv.m.-ə qədər 1,0
- 20-40 kv.m.-ə qədər olduqda 20 kv.m.-dən yuxarı hissəsinə 0,8
- 40-80 kv.m.-ə qədər olduqda 40 kv.m.-dən yuxarı hissəsinə 0,6
- 80 kv.m.-dən yuxarı olduqda 80 kv.m.-dən yuxarı hissəsinə 0,5

Onu da deyək ki, ölkənin Reklam Qanunvericiliyinə əsasən, şəhər və kənd yaşayış məntəqələrində, digər ərazilərdə reklam yayımı plakat, stend, işıq tabloları və sabit yerləşdirilən digər texniki qurğular şəklində həyata keçirilə bilər və bu reklamları müvafiq icra hakimiyyəti orqanlarının icazəsi ilə yerləşdirmək olar. Küçə reklamlarının yerləşdirilməsi və yayımı üçün yerli özünüidarə orqanlarının təsdiq etdikləri qaydada və miqdarda haqq ödənilməlidir. Ödənişin miqdarı reklam daşıyıcısı üçün icarə haqqı, reklam yayımına icazə vermək, onun yerini müəyyən etmək, reklam daşıyıcısının vəziyyətinə nəzarət etmək üçün sərf edilən vəsaitdən ibarətdir. Küçə reklamının yayımı üçün ödəniş haqqının miqdarı və ödəniş qaydası mülkiyyətçi ilə bağlanmış müqavilə əsasında həyata keçirilir.

(lent.az dan istifadə olunmuşdur)

2 şərh

Write şərh
Rashad Aliyev
AUTHOR
7/9/08 06:28 delete

Chox sagh ol Rafiq,

bu deyerli melumati hardan elde etmisen?

Reply
avatar
makla
AUTHOR
9/9/08 11:18 delete

Lent.az-dakı arxivlərdən :)

Reply
avatar