Bir avtomobil al, ikincisini ud...


"Kia Motors - Azərbaycan" yeni “Qızıl Açar” kampaniyasına başlayıb. Şirkətdən "Qaynar.info"-ya verilən məlumata görə, 15 dekabr 2008-ci ildən 3 yanvar 2009-cu ilədək KİA Motors-un satış salonlarından nəğd və ya kredit yolu ilə avtomobil alan hər bir müştəri “Qızıl Açar” kompaniyasının iştirakçısına çevrilir. Bu isə alıcılara ikinci avtomobili - "Kia Rio"-nu qazanmaq şansı verir. Bu kampaniyanın şərtlərinə görə, kredit vasitəsilə avtomobil əldə edən alıcı 1 şans, nəğd yolu ilə alanlar isə 2 şans qazanacaq. Kampaniyada iştirak etmək üçün alıcılar avtomobilin ehtiyat açarına özləri haqda məlumat yazılmış brelok birləşdirərək möhürlənmiş və kilidlənmiş qutuya atacaqlar. Avtomobili nəğd yolu ilə əldə edənlərə ikinci şans üçün ikinci ehtiyat açarı verilir və bu açarda da məlumatlar qeyd olunmuş brelok birləşdiriləcək və qutuya atılacaq.

Bütün açarlar 3 yanvar tarixində müştərilərin gözü qarşısında bir qutuya qatılacaq və onlar qarışdırıldıqdan sonra iştirakçı müştərilərdən biri qutudan bir ədəd açar çıxardaraq KİA Rio-nun xoşbəxt sahibini müəyyənləşdirəcək.

“Qızıl Açar”ın sahibini müəyyən etmə mərəsimi 3 yanvar 2009-cu ildə saat 16:00-da Kia Motors Azərbaycanın B.Bünyatov 11 ünvanında yerləşən baş ofisində keçiriləcək. Kampaniyanın şəffaflığını təmin etmək üçün KİA Motors Azərbaycandan 15 dekabr 2008-ci il tarixindən 3 yanvar 2009-cu il tarixədək əldə etdiyiniz KİA avtomobilinin qeydiyyat şəhadətnaməsini özünüzlə gətirməyiniz vacibdir.

2 şərh

Write şərh
Researcher
AUTHOR
21/12/08 23:02 delete

Makla, yeni dizaynin mubarek:) bu maraqli melumat ucun cox sagol. yeni ilde yeni dizaynli blgouna ugurlar:)

Reply
avatar
makla
AUTHOR
22/12/08 15:31 delete

Çox sağol. :)

Reply
avatar