Buşa atılmış ayaqqabılar 100 yeni iş yeri yaradıb

Buşa atılmış ayaqqabılar 100 yeni iş yeri yaradıb. Londonda çıxan "Guardian" belə yazır. Qəzet yazır ki, bu ayaqqabılar prezident Corc Buşu hörmətdən salıb, sahibini isə həbsxanaya atıb.
Lakin bu ayaqqabılar gözlənilmədən Türkiyədə böyük alver gəlhagəlinə səbəb olub. İstanbulda yerləşən Baydan Ayaqqabı fabrikinin sahibi Ramazan Baydan sifarişçi əlindən tərpənə bilmir.
Beləki, İraq jurnalisti Müntəzər əl-Zəydinin Amerika prezidentinə tolazladığı ayaqqabılar, deyilənə görə məhz bu fabrikdə tikilib.

"Guardian" yazır ki, Baydan ayaqqabı fabriki 127 artikullu ayaqqabının istehsalı üçün aldığı 300 min sifarişin öhdəsindən gəlsin deyə, daha 100 nəfəri işə götürməli olub.
Sifarişçilər əsasən Amerika, Britaniya və qonşu müsəlman ölkələrindəndirlər.
Jurnalistin ən çox dəstəkləndiyi İraqdan 120 min cüt üçün sifariş alınıb.
Bir Amerika şirkəti isə məşhur çəkmələrdən 18 min cüt sifariş edib.
Belə başa düşmək olar ki, bir Britaniya şirkəti hətta ayaqqabıların Avropa dileri qismində çıxış edir.
1999-cu ildən istehsalda olan bu ayaqqabıların qiyməti Türkiyədə təxminən 28 funt sterlinqdir.
Suriya, Misir və İrandan çox sayda sifarişlər alınıb.
İranın əsas ayaqqabı istehsalçısı isə jurnalist əl-Zəyidini və onun ailəsini ömürlük ayaqqabı ilə təchiz edəcəyini vəd edib.
"Guardian" yazır ki, necə deyərlər bazarı qızışdırmaq üçün Ramazan Baydan ayaqqabının bu modelinə ad da qoyub. Ayaqqabıları "Bush ayaqqabısı" və ya "Bye-bye Bush" adlandırıblar.
Ayaqqabı fabrikantının özü isə bildirir ki, "bu ayaqqabılar uzun müddətdir ki, satılır, lakin Bushun necə deyərlər, reklamından sonra onları piştaxtaya qoymağa macal tapmırsan".
Ayaqqabılar hətta televiziya ilə də reklam olunur.
Jurnalistə gəldikdə isə o hələ də həbsdədir, bu da iddia olunur ki, onu möhkəm döyüblər.
Xarici lideri təhqir etdiyi üçün onu həbs cəzası gözləyir.
Lakin xəbər verilir ki, əl-Zəydi üzr istəyib və bağışlanmaq üçün baş nazir Nuri əl-Malikiyə müraciət edib.

2 şərh

Write şərh
24/12/08 09:19 delete

Balam sən 6 aylıq bal ayına getmişdin?:)

Yeni dizaynın mübarək olsun. Əla olub. Xoşuma gəldi...

Mübarəkdi..Bu arada sənin və blogunun oxuyucularının yeni ili mübarək olsun. Allah 2009 və sonrasında çoxlu-çoxlu sevindirici şeylər bəxş etsin.

Hörmətlə,

Reply
avatar
makla
AUTHOR
24/12/08 11:42 delete

Mən burdayam e sən yoxsan. Məclisi Mak.az-ada gəlməmişdin heç.. :)

Reply
avatar