Məhkəmə Karla Bruninin lüt təsviri olan çantaların satışına qadağa qoydu

Çantanın üzərindəki Bruni “mənim oğlanım “Pardon”-dan mənə nə isə almalı idi!” deyə bildirir.

Fransız məhkəməsi Fransa prezidentinin həyat yoldaşı, keçmiş fotomodel Karla Bruninin “Pardon” firmasına qarşı qaldırdığı iddianı təmin edərək, kompaniyanı üzərində birinci ledinin çılpaq təsviri olan çantaların hazırlanması və satışına görə 40 min avro cərimə edib
“QayNar.info”-nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, məhkəmə göstərilən çantaların satışını və yayılmasını “hər pozuntuya görə 100 avro cərimə ödəniləcək” hədəsi ilə qadağan edib və “Pardon” kompaniyasından 5500 ədəd satılmamış çantaları məhv etməyi tələb edib. Ümumilikdə isə 10 min bu cür çanta hazırlanıb.
Çantanın üzərindəki Bruni “mənim oğlanım “Pardon”-dan mənə nə isə almalı idi,” deyə bildirir.
Xatırladaq ki, Bruninin vəkilləri “Pardon” firmasını 125 min avro cərimə etməyi tələb edirdilər. Kompaniyanın direktoru Peter Mertes (Peter Mertes) isə məhkəmənin qərarından narazı olduğunu əsas gətirərək appelyasiya məhkəməsinə müraciət edəcəyini bəyan etmişdir. “Bəli, biz səhv etmişik”, - deyə Mertes qeyd edib. “Lakin 40 min avro - bu, həddi aşmaqdır”. Onun sözlərinə görə, bu cərimə kompaniyanın genişlənməsi planlarını zərbə altında qoyacaqdır.

mənbə